Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi fondu yaradılıb.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Bildirilib ki, muzey I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə, eləcə də müharibə iştirakçılarına məxsus, döyüşdən qalan xatirə əşyalarını qəbul edir.