Mojo.az Banner
22:58 Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb  |     22:51 Tbilisi qatarının ilk sərnişinləri arasında Cavid Qurbanov da var - FOTO  |     22:41 Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi  |     22:34 Qanunsuz heyvan kəsimi və satışına yol verilməyəcək - XƏBƏRDARLIQ - VİDEO  |     22:28 Zibil kimi atdığımız bu əşyalar əslində bizə pul qazandıra bilər — AÇIQLAMA  |     22:20 İranın yeni şərti ortaya çıxdı: ABŞ ilə razılaşma üçün Pekin zəmanəti  |     21:53 May ayından sonra... həyatı heç vaxt əvvəlki kimi olmayacaq BÜRCLƏR  |     21:45 Ayıların ailəlikcə toy mərasiminə qatılması viral oldu  |     21:35 Türkiyənin pilotsuz avtobusu İsveçdə ilk iş günündə qəzaya düşdü  |     21:25 İmişlidə ağır qəza - ölənlər və yaralananlar var - YENİLƏNİB  |     21:10 Bəzi şəxslərə pulsuz mənzillər veriləcək  |     21:01 Kamran Əsədov ifadə verdi - Aldığı pulların hamısını...  |     20:52 Babək Niftəliyevə vəzifə verildi  |     20:45 Putin yeni qanun imzaladı: Rusiyalıların müdafiəsi üçün ordu göndərilə bilər  |     20:38 Şəkidə iki gün əvvəl düzəldilən körpünü yenə sel apardı - VİDEO  |     20:30 Süni intellektə sağlamlıq məsələlərində etibar etmək olarmı? – Araşdırma  |     20:22 Damarı tapılmadığı üçün edam ləğv edildi  |     20:15 Azərbaycanda yeni universitet yaradılacaq  |     20:08 Putindən Azərbaycanla bağlı maraqlı sözlər  |     19:59 Çiyələk bu hallarda ölümcül ola bilər - Diqqətli olun  |    
Left Banner
Right Banner

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi bir neçə hissədən ibarət olacaq

07.05.2021 17:28 2 061
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi bir neçə hissədən ibarət olacaq
“Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası yerli və xarici ekspertlərin iştirakı ilə hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Hazırlanmış konsepsiya layihəsi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə nəticələnmiş, tarixə qızıl hərflərlə yazılmış möhtəşəm qələbəni hərtərəfli şəkildə nümayiş etdirən müasir mərkəz kimi təşkil olunmasına imkan verəcək”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu muzeyin Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq irsi, Qələbə və vətənpərvərlik rəmzi, qazanılmış qələbəni unikal eksponatlarının zənginliyi və müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olması nəzərdə tutulur:

“Muzeyin konsepsiyasının sadalanan hissələrdən ibarət olması təklif olunur: “Tarixi həqiqətlər zalı” (burada ən qədim dövrlərdən 2020-ci ilin sentyabrınadək Qarabağın tarixinin təqdim edilməsi), “Dəmir yumruq əməliyyatı” hissəsi (27.09.2020- 10.11.2020 tarixində Azərbaycan Ordusunun əks-hücum əməliyyatının bütün gedişinin verilməsi), “Şuşanın alınması” döyüş dioraması (Vətən müharibəsinin ən parlaq döyüşü olan Şuşa əməliyyatının nümayiş etdirilməsi), “Torpaq, uğrunda ölən varsa – Vətəndir” hissəsi (Vətən müharibəsində qəhrəmanlıq göstərmiş zabit və əskərlər haqqında məlumatlar verilməsi), “Xatirə zalı” (Vətən müharibəsi dövründə dövlət terrorizmi siyasətini həyata keçirən Ermənistanın raket-artilleriya zərbələri nəticəsində həlak olmuş mülki şəxslər barədə məlumat verilməsi və “Şəhidlər ölməz...” mövzusunda materialların toplanması, “Vətən müharibəsi” mövzusunda 3D installyasiya və video-mappinq (müasir texnologiyalar vasitəsilə Vətən müharibəsinin gedişi tamaşaçılara 10-15 dəqiqəlik video-mappinq şəklində çatdırılması) və “Böyük qayıdış” hissəsi (işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, azərbaycanlıların öz doğma yurdlarına qayıtması prosesini əks etdirilməsi)”.

Bildirilib ki, hazırda Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin fondunun zənginləşdirilməsi məqsədilə lazımi materialların toplanılması işi davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner