Mojo.az Banner
22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |    
Mojo.az Avto
Mojo.az Avto

Fəxri adlara görə Prezident təqaüdü alan şəxslərin NƏZƏRİNƏ

03.02.2021 19:53 1 044
Fəxri adlara görə Prezident təqaüdü alan şəxslərin NƏZƏRİNƏ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Büdcə təşkilatlarında çalışan, fəxri adlara görə Prezident təqaüdü alan şəxslərə müraciət edib.

Nazirliyin müraciətində deyilir:

“Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan, fəxri adlara görə Prezidentin aylıq təqaüdünü alan şəxslərə həmin təqaüd işlədikləri idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilirdi.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 2009 nömrəli Sərəncamına əsasən, 2021-ci il yanvarın 1-dən fəxri adlara görə bütün təqaüdlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Ona görə də dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan, fəxri adlara görə təqaüd alan şəxslərə onlara təqaüd ödənişinin davamlılığının təmin edilməsi üçün aşağıdakı sənədlərlə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduqları rayon (şəhər) üzrə bölmələrinə, DOST mərkəzlərinin xidmət göstərdiyi rayonların sakinlərinin isə həmin mərkəzlərə müraciət etmələri tövsiyə olunur. Tələb olunan sənədlər:

­ Şəxsiyyət vəsiqəsinin surəti;

­ Fəxri adın vəsiqəsinin surəti”.скачать dle 11.3
Mojo.az Banner