Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

"Əməkdar" və "Xalq" fəxri adları - Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU

26.07.2025 14:08 1 167
İyulun 21-də Prezident İlham Əliyevin sərəncamı ilə 26 nəfərə "Əməkdar jurnalist" fəxri adı verilib. Onlar Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, bu ilin iyulun 1-dən Azərbaycanda "Xalq" fəxri adına görə verilən təqaüdün məbləği 300, "Əməkdar" adına görə verilən təqaüdün məbləği isə 200 manata qaldırılıb.

Median.Az xəbər verir ki, Modern.az hazırda fəxri adlara görə təqaüd alan şəxslərin sayını araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, respublika üzrə 4 470 nəfərə "Əməkdar" fəxri adına görə aylıq təqaüd ödənilir.

"Xalq" fəxri adına görə təqaüd alanların sayı isə daha azdır. 2025-ci ilin əvvəlinə olan məlumatda bildirilir ki, "Xalq" fəxri adına görə 248 nəfərə təqaüd verilir.

Qeyd edək ki, təqaüd plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.скачать dle 11.3
Mojo.az Banner