Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Vahid Əhmədov: “Əgər Prezident konkret adlar çəkirsə, deməli…”

01.02.2021 22:37 1 074
Vahid Əhmədov: “Əgər Prezident konkret adlar çəkirsə, deməli…”
“Bu çox unikal bir çıxış idi, çünki konkret adlar çəkildi. Mən düşünürdüm ki, müharibədən sonra məmurlar rüşvətxorluq, ərazi zəbt etmə kimi əməllərindən əl çəkərlər. Amma bunu görmədim. Hər şey öz axarında gedir”.

Bunu Unikal.org-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, adı çəkilən və digər məmurlar ölkə başçısının bu çıxışından nəticə çıxarmalıdırlar:

“Cənab Prezident dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Burada ofis açmaqdan söhbət getmir, torpaq zəbt etməkdən söhbət gedir. Yəni, orada gedib 100 hektarlarla ərazi zəbt etsinlər və özlərinə otellər, müəyyən ticarət obyektləri tiksinlər. Bu da olacaq özbaşınalıq.

Orada arxitektura komitəsi işləyir. Necə olmalıdır evlər, yollar, küçələr və s. Mən ümumiyyətlə, təəccüb edirəm ki, Cənab Prezidentə zəng edib deyirlər ki, Qarabağda regional idarə yaradım. Sərhəd zonasında, Kəlbəcər, Laçın və s. yerlərdə ciddi problemlərimiz var. Ondansa deyin ki, əsgərlər üçün kazarma tikim və onlar orada yaşasınlar. Bunu deyən yoxdur. Hamısı köhnə ampluasındadır. Elə bilirlər, belə də davam etməlidir. Belə davam edə bilməz, çünki bunlar çox ciddi məsələlərdir.

Əgər Cənab Prezident konkret adlar çəkirsə, deməli, həmin şəxslər də müəyyən dərs götürməlidirlər. Ölkə başçısı onları açıq tənqid etməyə məcbur oldu. Orada ictimai nəzarətsiz heçnə yaratmaq mümkün deyil. Ona görə də xüsusi nümayəndəliklər açılacaq, necə ki artıq Şuşada xüsusi nümayəndəlik yaradılıb. Ona görə də insanlar oraya köçməyənə qədər, yaşayış binaları, sosial obyektlər açılana qədər orada heç kimə nə torpaq vermək lazım deyil, nə də ki nəsə tikməyə icazə vermək lazım deyil.

Onların əksər rayonlarda, o cümlədən Bakıda villaları var. Özü də ucuz villa deyil, bahalı villalardır. Birincisi soruşmaq lazımdır ki, sən o villanı hansı pulla tikmisən? Hamısı rüşvətxorluğun, korrupsiyanın nəticəsidir. Son hadisələr, həbsləri hamı başa düşməlidir və bilməlidir ki, dövlət başçısı lazım olduqda belə addımları atacaq. Bizdə məlumat 1 faizdirsə, onda 100 faizdir. Öz komandasından, hüquq-mühafizə orqanlarından, DTX-dən məlumatları alır”.скачать dle 11.3
Mojo.az Banner