Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Pensiya bu qədər artacaq - Məbləğ açıqlandı

20.06.2024 22:09 2 112
Pensiya bu qədər artacaq - Məbləğ açıqlandı
 Hazırda 2024-cü ilin büdcə dürüstləşməsi ilə bağlı parlamentdə müzakirələr davam edir. Amma bəzi hallarda hansısa sosial ödənişlərin azaldılacağı ilə bağlı əsassız fikirlər yayılır. Heç bir halda burada sosial ödənişlərin azalmasından söhbət getmir.
 
Median.Az 
Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vahid Əhmədov deyib.

O qeyd edib ki, işsizlikdən sığorta fondu və sığorta halları mövcuddur:

"Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öhdəliklər yerinə yetirilmədikdə dövlət büdcəsindən transfertlər edilir. 2024-cü ildə də büdcədən transfertlər olunub. İndi əməkhaqqları müəyyən qədər artırılıb. Orta aylıq əməkhaqqı 980-manatdan 990 manata yüksəlib. Bu artım da əlavə vəsaitin daxil olmasına səbəb olub”.

Millət vəkili bildirib ki, daxil olan əlavə vəsait 190 milyon manata yaxındır:

"Onun 160 milyon manatı transfertin bağlanmasına, 30 milyon manatın 25 milyonu pensiyaların artırılmasına əlavə kimi verilir. Qalıq 5 milyon manat isə daxili məsələlərin həllinə, ştat vahidi və digər işlər üçün nəzərdə tutulur. Konkret məsələ məhz bu cürdür. Ona görə də, hansısa sosial azalmalardan söhbət gedə bilməz”.

Vahid Əhmədova görə, 2024-cü ilin dövlət büdcəsi təsdiq edilərkən daha çox diqqət sosial sahəyə yönəlib:

"Bu ilin büdcəsində 15 milyard manata yaxın vəsait, təxminən büdcənin 43 faizi sosial sahə üçün nəzərdə tutulub. Burada pensiyaların, əməkhaqqının, müavinətlərin artımı, şəhid ailələri və qazilər üçün ödənişlər əksini tapıb. Hazırda millət vəkillərinin də ən çox səsləndirdiyi məsələ müharibə veteranlarına ödənilən 80 manatın artırılması ilə bağlıdır. Milli Məclisin komitə və plenar iclaslarında bu təklif səslənib”.
скачать dle 11.3
Mojo.az Banner