Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Vahid Əhmədov: Banklar faizləri aşağı salmalıdır

01.03.2019 17:15 2 216
Vahid Əhmədov: Banklar faizləri aşağı salmalıdır
Banklar faiz dərəcələrinə yenidən ciddi şəkildə baxmalı, onları aşağı salmalıdır.

Bu sözləri oxu.az-a açıqlamasında iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili buna ciddi ehtiyac olduğunu vurğulayıb: “Banklar bu addıma mütləq getməlidirlər. Eyni zamanda, düşünürəm ki, cənab prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərman banklarda kredit fazilərinin azaldılmasına səbəb ola, buna da gətirib çıxara bilər.

Artıq banklar işlərini elə qurmalıdırlar ki, faizlər yüksək olmasın. Prezidentin problemli kreditlərlə bağlı fərmanında üç ciddi məsələ var ki, onlardan biri elə bu məsələni özündə ehtiva edir. Yəni həmin məsələ qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə əlaqədardır.

Bunun üçün qiymətli kağızlar bazarına 715 milyon dollar vəsait buraxılır. Bu, qiymətli kağızlar bazarının inkişafı deməkdir. Dövlət banklara ona görə kömək etmir ki, 25-30 faizlə kredit verməkdə davam etsinlər.

Banklar problemli kreditlərlə bağlı məsələ həll edildikdən sonra, dediyim kimi, sıfırdan işlərini başlamalıdırlar. Beynəlxalq aləmdə olduğu kimi, kredit faizlərini 15-16 faizə salmalıdırlar”, - deyə millət vəkili bildirib.

Millət vəkili bankları yalnız milli valyuta ilə - manatla kredit verməyə çağırıb. Qeyd edib ki, dollarla verilən kreditlərin yaratdığı çətinliklər, narahatlıqlar göz önündədir, burada nəsə kəşf etməyə ehtiyac yoxdur:

“Ona görə də banklar yaxşı götür-qoy etməli, kreditlərin dollarla deyil, manatla verilməsi barədə birdəfəlik qərar verməlidirlər. Burada ikinci bir söz ola bilməz”.

Qeyd edək ki, millət vəkili Tahir Rzayev bankları öz siyasətlərində dəyişiklik etməyə, xüsusilə kreditləri dollarla deyil, milli valyuta ilə verməyə çağırıb.скачать dle 11.3
Mojo.az Banner