Mojo.az Banner
17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |     12:41 Rumıniyada sabiq prezidentliyə namizəd həbs olundu  |     12:38 Ramiz Mehdiyevin məhkəməsi oldu - VİDEO (YENİLƏNİB)  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda iqtisadi subyektlərin rəhbərlərinə xəbərdarlıq edildi

28.01.2021 13:37 3 057
Azərbaycanda iqtisadi subyektlərin rəhbərlərinə xəbərdarlıq edildi
Azərbaycanda iqtisadi subyektlər 2020-ci il üzrə maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil auditor cəlb etməlidirlər.

Bununla bağlı Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən aşağıda qeyd edilən iqtisadi subyektlərin sahiblərinə çağırış edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq məcburi audit subyektləri, ictimai əhəmiyyətli qurumlar, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri, banklar və digər kredit təşkilatları, sığorta təşkilatları və cəmiyyətləri, investisiya fondları, maliyyə-sənaye qrupları, fondlar, birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər), dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları, publik hüquqi şəxslər, siyasi partiyalar və Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və ya Sərəncamları ilə təsdiq edilmiş Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar auditor cəlb etməlidirlər.

Əlavə edilib ki, iqtisadi subyektlər auditor seçimində sərbəstdirlər. Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz. 

скачать dle 11.3
Mojo.az Banner