Mojo.az Banner
21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |     20:00 "Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edildi  |     19:54 Pilot layihə ilə evləri sökülən sakinlər illərdir mənzillərinə köçə bilmirlər - VİDEO  |     19:49 Polis bir gündə 50 nəfəri tutdu  |     19:43 Bakıda qiyməti 200 mindən yuxarı olan evlər ucuzlaşacaq? - AÇIQLAMA  |     19:35 Keçmiş deputat tələbə oldu  |     19:30 Sentyabrın 5-dək meteor yağışı olacaq  |     19:23 Bakıda səs-küy yayılan daha bir restorandan ŞİKAYƏT- VİDEO  |     19:17 Kamran Əliyev Yasamalda vətəndaşları qəbul edəcək  |    
Left Banner
Right Banner

Xocavənddə zərərsizləşdirilən erməni terrorçuları mövqe qurmağa cəhd ediblər - RƏSMİ

26.01.2021 15:12 3 675
Xocavənddə zərərsizləşdirilən erməni terrorçuları mövqe qurmağa cəhd ediblər - RƏSMİ
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənddə tutulan 62 erməni terrorçusundan söz açıb.

H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində deyib ki, Ermənistan müharibə dayandıqdan sonra Azərbaycan hərbçilərinə və sivil vətəndaşlara - mobil operator şirkətinin əməkdaşlarına qarşı terror hücumu təşkil edib.

H.Hacıyevin sözlərinə görə, bu şəxslər Ermənistanın Şirak bölgəsindən gələn ermənilərdir.

“Onların hərbi bazaları Şirakdadır. Onlar 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra Şirakdan gəldilər və Azərbaycan ərazilərinə hücum etdilər, mövqe qurmağa çalışdılar”,-deyə H.Hacıyev əlavə edib.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, beynəlxalq və Azərbaycan qanunlarına əsasən, bu kateqoriyadan olan şəxslər hərbi əsir hesab edilə bilməz.

H.Hacıyev onu da vurğulayıb ki, birinci Qarabağ müharibəsi dövründən 4 minə yaxın Azərbaycan vətəndaşı itkin düşüb.

“Onların əksəriyyəti, yəqin ki, artıq həyatda deyil və kütləvi məzarlıqda dəfn edilib. Biz Ermənistan tərəfindən onların dəfn olunduğu yerin xəritələrini istəyirik. Biz Ermənistandan konstruktiv yanaşma gözləyirik”,-deyə H.Hacıyev əlavə edib.

Qeyd edək ki, Azərbaycanın ötən ilin dekabrında Xocavənddə keçirdiyi anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşlarından ibarət 62 nəfərlik diversiya qrupu saxlanılıb.

Ermənistan onları “müharibə məhbusu” kimi qələmə verməyə çalışır, lakin həmin şəxslər beynəlxalq qanunlara əsasən terrorçudurlar.скачать dle 11.3
Mojo.az Banner