Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azad edilən ərazilərin minalardan təmizlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

26.01.2021 12:06 714
Azad edilən ərazilərin minalardan təmizlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
“Digər qoşun növləri ilə yanaşı, Vətən müharibəsində mühəndis qoşunlarının da rolu əvəzsizdir”.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Azərbaycan Ordusu əks-həmlə əməliyyatları zamanı Füzuli rayonunun 4 kəndini, sonra isə qısa müddətdə Füzuli şəhəri daxil olmaqla rayonun bütün ərazisini işğaldan azad edib:

“Ali Baş Komandanın rəhbərliyi altında ordumuz 44 gün ərzində işğalda olan bütün ərazilərimizi azad etdi. Uzun müddət döyüş hazırlığı ilə məşğul olan mühəndis qoşunlarının hər bir istehkamçısı Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək məqsədilə yüksək peşəkarlıq göstərərək əzmlə Vətənə faydasını verdi. Mühəndis qoşunlarının hissə və bölmələri rəhbərlik tərəfindən qiymətləndirildi, təltif olundu”.

A.Eyvazov deyib ki, hazırda Azərbaycan Ordusunun bölmələri işğaldan azad edilən ərazilərə yerləşdirilib:

“Digər bölmələr kimi, mühəndis bölükləri də bu ərazilərdə tapşırıqlarını icra edirlər. Dağıdılmış ərazilərin bərpası, yeni yolların çəkilməsi, mina və digər maneələrdən təmizlənməsi üçün mühəndis qoşunları əlindən gələni edir. Vətən müharibəsi dövründə qoşunlarımızın irəliləməsi üçün istehkamçılar yolları minalardan təmizləyib yeni yollar çəkirdi. Hazırda mühəndis qoşunlarımızın bölmələrinin hərbi qulluqçuları, Türkiyə və Rusiyadan gələn mütəxəssislərlə birlikdə işğaldan azad olunan ərazilərimizin mina və partlamamış digər sursatlardan təmizlənməsini davam etdirirlər”.скачать dle 11.3
Mojo.az Banner