Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğan Türkiyənin koronavirus peyvəndi alacağı daha bir ölkənin adını açıqladı

08.01.2021 21:56 993
Ərdoğan Türkiyənin koronavirus peyvəndi alacağı daha bir ölkənin adını açıqladı
“TürkSAT 5A” ilə şərq orbitindəki kosmik haqlarımızı 30 il müddətinə zəmanət altına alırıq. Peykin dizaynında, istehsalında və istifadəyə verilməsində əməyi olan hər kəsi təbrik edirəm.

Türkiyənin 1994-cü ildə başlayan kosmosa peyk göndərilmə müddətinə bu il ərzində göndəriləcək “TürkSAT 5B” ilə yeni mərhələyə keçməyi planlaşdırırıq. “IMC” adlı nəzarət peykimizi də kosmosa göndərəcəyik. Ölkəmizdə mikro peyk təsisi quraşdırılır”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən “Peyk texnologiyaları həftəsi”ndə deyib.

Texnologiya sahəsində inkişafın, eyni zamanda, cəmiyyətlərin və dövlətlərin işində köklü dəyişikliklərə səbəb olduğunu, elmi-fantastik filmlərdəki bir çox texnoloji alətlərin artıq gündəlik həyatın bir hissəsi halına gəldiyini deyən Türkiyə Prezidenti əvvəllər kosmos yerdən izlənirdisə, indi dünyanın kosmosdan izləndiyini bildirib.

Tədbirdən əvvəl jurnalistlərin suallarını cavablandıran Rəcəb Tayyib Ərdoğan COVID-19 peyvəndi üçün Türkiyənin üç mənbəyinin olduğunu bildirib:

“Bunlar Çin, Almaniya və yerli istehsal peyvəndlərdir. Hazırda Çindən ilk partiya olaraq üç milyon doza peyvənd gətirilib. Bu rəqəm 50 milyona qədər çatacaq. Bir o qədər doza peyvənd Almaniyadan gətiriləcək”.

Hazırda Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən peyvəndlərlə bağlı müəyyən bir cədvəl çərçivəsində işlərin aparıldığını deyən prezident burada əsas məsələnin əhalinin sağlamlığı olduğunu vurğulayıb.

Bildirib ki, Türkiyə səhiyyə baxımından hər bir imkana malikdir, lakin buna baxmayaraq, həkimlər arasında da virusa yoluxma səbəbindən dünyasını dəyişənlər var.скачать dle 11.3
Mojo.az Banner