Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Vətən müharibəsindən bəhs edən filmlər çəkiləcək

06.01.2021 23:59 855
Vətən müharibəsindən bəhs edən filmlər çəkiləcək
Yaxın gələcəkdə Azərbaycanın Vətən Müharibəsində tarixi qələbəsinə həsr olunmuş "Böyük qayıdış" qısametrajlı bədii, sənədli və animasiya filmlərinin layihələri üzrə müsabiqəsi elan ediləcək.

Median.Az
xəbər verir ki, bu barədə müsahibəsində Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənov bildirib.

R.Həsənov qeyd edib ki, bu təşəbbüs çərçivəsində kifayət qədər geniş mövzunu əhatə etmək planlaşdırılır:

"Əlbətdə ki, "Böyük qayıdış" ilk növbədə Azərbaycanın 44 günlük Vətən Müharibəsi dövründəki parlaq qələbəsi ilə əlaqələndirilir, lakin gələcək film layihələri sırf hərbi mövzularla məhdudlaşdırılmaya da bilər. Çünki Qarabağın uzun illər erməni işğalından sonra geri qayıtması həm mədəniyyətimizin, ruhumuzun qaytarılması, həm də sadə insan talelərindən bəhs etmək fürsətidir".

"Böyük qayıdış" layihəsi çərçivəsində on əsər seçiləcək. Onun sözlərinə görə, müsabiqə yerli film sənayesinin istehsalına yeni bir yanaşmanı tələb edir:

"Ölkədəki mövcud film istehsalı sistemi arxaikdir və prinsipcə yeni bir yanaşmaya ehtiyac duyduğu üçün müasir layihə seçimi sisteminin tətbiqi də daxil olmaqla bir sıra islahatlar üzərində işləyirik".

Şöbə rəhbəri bildirib ki, bu sistem çərçivəsində prodüser bir ssenari deyil, müəyyən bir yaradıcı kompozisiya, konspekt, büdcə planı və s. ilə bitmiş bir film layihəsi təqdim edəcəkdir.

R. Həsənov əlavə edib ki, dövlətin dəstə ilə həyata keçiriləcək Qarabağ müharibəsi ilə bağlı bir sıra bədii, sənədli film layihələri hazırlama və reallaşdırma mərhələsindədir. (Trend)

Son xəbərlər