Mojo.az Banner
13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |     13:15 “Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq  |     13:14 Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu (Yenilənib)  |     13:11 Azərbaycan neftinin qiyməti 131 dolları keçdi  |     13:06 Panamada daha bir güclü zəlzələ: Prezident xalqa müraciət etdi  |     13:03 Qusarda qonşusunu telefonla çəkən qadın döyüldü  |     12:44 Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi  |     12:34 Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı  |     12:08 Məktəbdə şüşələri sındıran və müəllimlərə hücum edənləri hansı cəza gözləyir?  |     11:55 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb - Siyahı  |     11:47 “Bu vəziyyətdən radikal qüvvələr də istifadə edə bilər”  |     11:45 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - Video  |     11:42 Bakıda dana əti niyə bahalaşıb? - Video  |     11:36 Məktəblərdə dini təbliğat aparan müəllim və şagirdlərə qarşı tədbir görülməlidir – AÇIQLAMA  |     11:18 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"  |     23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Riçard Morninqstar: "Torpaqların qaytarılması Azərbaycanın nailiyyətidir"

17.12.2020 21:09 813
Riçard Morninqstar:
"Yeni prezident Cozef Bayden administrasiyasının Azərbaycanda, bütövlükdə Qafqazda daha fəal olacağına ümid edirəm”.

Bunu "Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı vebinarda "Atlantik Şurası”ndakı Qlobal Enerji Mərkəzinin direktoru, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar bildirib.

"ABŞ-ın buradakı fəaliyyəti olduqca tarazlı olmalı, diqqət mərkəzində təkcə enerji məsələləri olmamalıdır. Azərbaycan mütəmadi olaraq bildirir ki, coğrafi mövqeyinə görə bir sıra ölkələrlə - Rusiya, İran, Türkiyə, ABŞ ilə dost münasibətlər qurmalıdır. Buna anlayış göstərməliyik”, - keçmiş səfir söyləyib.

O qeyd edib ki, uzun illər sonra torpaqlarının böyük hissəsini qaytarmaq Azərbaycanın çox böyük, ağlasığmaz nailiyyətidir:

"Bu məsələdə Rusiya hələlik "öz kartlarını" gizli tutur. O, faktiki olaraq Ermənistanı tam fəlakətdən xilas edib, onun darmadağın olmasını istəməyib. Mən bu münaqişənin tamamilə həll olunmasını istərdim. Bu, regiondakı bütün ölkələrin, o cümlədən elə Ermənistanın da marağındadır. Lakin məsələnin yaxın vaxtlarda tam şəkildə həll olunacağını görmürəm”.скачать dle 11.3
Mojo.az Banner