Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyev Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib

16.04.2025 18:46 1 137
Prezident İlham Əliyev Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev ictimai-siyasi xadim Riçard Armitacın vəfatı ilə bağlı onun ailəsinə başsağlığı məktubu ünvanlayıb.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Görkəmli dövlət xadimi, diplomat və ictimai-siyasi xadim, Azərbaycanın böyük dostu Riçard Armitacın vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Riçard Armitac uzun illərdən bəri beynəlxalq siyasət və diplomatiya sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə həm ABŞ-də, həm də ondan kənarda böyük nüfuz qazanmışdır. O, dünyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması, münaqişələrin və gərginlik ocaqlarının aradan qaldırılması, qlobal təhdidlərin qarşısının alınması işinə mühüm töhfələr vermişdir.

Riçard Armitac Azərbaycanın dostu idi. Ona Azərbaycanda hər zaman hörmət və rəğbətlə yanaşmışlar. Azərbaycan Respublikası ilə Birləşmiş Ştatlar arasında münasibətlərin inkişafında, dostluq əlaqələrimizin möhkəmlənməsində Riçard Armitacın xidmətlərini xüsusi qeyd etmək istərdim. Onunla görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram.

Riçard Armitacın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".

Son xəbərlər