14:07 Azərbaycanda qatarların hərəkətinə maneə yaratmaq üçün relslərə qəsdən daş düzülüb - Video  |     14:00 Podqoritsada saxlanılan Azərbaycan vətəndaşlarına görə Monteneqro Ombudsmanına müraciət edilib  |     13:53 Nazirlikdən XƏBƏRDARLIQ: Ağdərədə partlayışlar olacaq - Foto  |     13:49 Xarici ölkələrdə işə düzəltmək adı ilə insanları aldadan şəxslər TUTULDULAR  |     13:48 AMEA-da mənimsəmə və sui-istifadə halları araşdırılır  |     13:44 Meksika ABŞ səfirini çağırdı - SƏBƏB  |     13:41 İsmayıllıda kitabxana müdiri vəfat edib - FOTO  |     13:39 Bakıda şirkətin 76 minini mənimsəyən satış təmsilçisinə hökm oxundu  |     13:38 Rəsmi Bakı: "Azərbaycan-Türkiyə qardaşlığı əbədi yaşayacaq" - FOTO  |     13:37 Marsda mümkün su hövzələrinin harada ola biləcəyi aşkar edildi  |     13:34 Səudiyyə Ərəbistanında dünyanın ilk asma stadionu tikiləcək  |     13:15 37 yaşlı qadın əməliyyatdan sonra səhhətində fəsadların yarandığını İDDİA EDİR - Tanınmış cərrahdan ŞİKAYƏT (Vİdeo)  |     12:58 DTX tərəfindən saxlanılan Saleh Səmədovun üçüncü oğlu da vəzifədən uzaqlaşdırıldı  |     12:51 Bu gün maqnit qasırğası olacaq: Xəbərdarlıq  |     12:28 Lənkəranda şərab evində normativ tələblər pozulub - FOTOLAR  |     12:19 Leyla və Arzu Əliyevalar Axar-Baxar Milli Parkının açılışında - FOTOLAR  |     12:15 Rəfael Abbasov dəfn edildi  |     12:05 Zaqatalada 41 yaşlı kişini döyüb öldürməkdə təqsirləndirilən şəxslərdən biri saxlanıldı  |     12:01 Astarada 17 yaşlı gəlin öz toyunda öldü: Yeddi aylıq hamilə imiş - TƏFƏRRÜAT (Yenilənir)  |     11:53 Belarusun baş nazirinin müavini Natalya Petkeviç Füzuli rayonuna səfər edib  |    

Bakı və Abşeronda qazın verilişində məhdudiyyət olacaq

Dekabrın 15-də paytaxtın və Abşeron rayonunun bəzi ərazilərinin təbii qaz təchizatında fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına əsasən, dekabrın 15-də Qaz İxrac İdarəsinin balansında olan “Qaradağ-Xırdalan-Digah” magistral qaz kəmərinin 12-ci kilometrində təmir işləri aparılacaq.

Belə ki, dekabrın 8-də yük maşını tərəfindən zədələnmiş kəmərin altı metrlik hissəsində və dayaqlar üzərindən düşmüş 30 metrlik hissəsində vacib təmir işlərinin aparılmasına zərurət yaranıb. Bildirilib ki, bu işlər görülmədiyi təqdirdə yüksək təzyiqli qaz xəttinin istismarı dövründə təhlükəli vəziyyət yaşana bilər. Buna görə də dekabrın 15-də saat 09:00-dan işlər başa çatanadək bir neçə qaz paylayıcı stansiyadan qaz təchizatının müvəqqəti olaraq dayandırılması gözlənilir.

Bu müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri Mexkolon yaşayış massivi, Novxanı kəndi və bağlar ərazisi, Mehdiabad, Qobu, Daş Güzdək qəsəbələri, Binəqədi rayonu Biləcəri, Rəsulzadə qəsəbələri, Binəqədi kəndi, Gülüstan yaşayış massivi, 6, 7, 8, 9-cu mikrorayonlar, Xutor yaşayış massivi, Mədən ərazisi, Baksol yolu, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev, Xıdır Mustafayev küçələrində, Səbail rayonu, Salyan yolu, Bibiheybət, Badamdar qəsəbəsi 3-cü massiv ərazisində, Qaradağ rayonu Lökbatan qəsəbəsi və Sədərək ticarət mərkəzinin yaxınlığında xarici dairəvi yolun kənarında fərdi yaşayış evlərinin təbii qaz təminatında qısa fasilələr olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            714 15.12.20 13:54