Mojo.az Banner
11:55 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb - Siyahı  |     11:47 “Bu vəziyyətdən radikal qüvvələr də istifadə edə bilər”  |     11:45 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - Video  |     11:42 Bakıda dana əti niyə bahalaşıb? - Video  |     11:36 Məktəblərdə dini təbliğat aparan müəllim və şagirdlərə qarşı tədbir görülməlidir – AÇIQLAMA  |     11:18 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"  |     23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabah Bakı və Abşeronun bir sıra ərazilərində qaz təminatında fasilələr olacaq - FOTO

14.12.2020 19:27 990
Sabah Bakı və Abşeronun bir sıra ərazilərində qaz təminatında fasilələr olacaq - FOTO
Dekabr ayının 15-də “Qaz İxrac” İdarəsinin balansında olan “Qaradağ-Xırdalan-Digah” magistral qaz kəmərinin 12,3-cü km-də təmir işləri aparılacaq.

Bununla bağlı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, dekabrın 8-də yük maşını tərəfindən zədələnmiş kəmərin 6 metrlik hissəsində və dayaqlar üzərindən düşmüş 30 metrlik hissəsində vacib təmir işlərinin aparılmasına zərurət yaranıb. Bu işlər görülmədiyi təqdirdə yüksək təzyiqli qaz xəttinin istismarı dövründə təhlükəli durum yaşana bilər:

“Buna görə də dekabrın 15-də səhər saat 09:00-dan işlər başa çatanadək bir neçə Qaz Paylayıcı Stansiyadan (QPS) qaz təchizatının müvəqqəti olaraq dayandırılması gözlənilir.

Bu müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri Mexkolon yaşayış massivi, Novxanı kəndi və bağlar ərazisi, Mehdiabad, Qobu, Daş Güzdək qəsəbələri, Binəqədi rayonu Biləcəri, Rəsulzadə qəsəbələri, Binəqədi kəndi, Gülüstan yaşayış massivi, 6, 7, 8, 9-cu mikrorayonlar, Xutor yaşayış massivi, Mədən ərazisi, Baksol yolu, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev, Xıdır Mustafayev küçələrində, Səbail rayonu, Salyan yolu, Bibi Heybət, Badamdar qəsəbəsi 3-cü massiv ərazisində, Qaradağ rayonu Lökbatan qəsəbəsi və Sədərək ticarət mərkəzinin yaxınlığında xarici dairəvi yolun kənarında fərdi yaşayış evlərinin qaz təminatında qısa fasilələr olacaq”.















скачать dle 11.3
Mojo.az Banner