Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı |
Mojo.az Avto
Mojo.az Avto

Prezident: “Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, yeni platformada yer ala bilərlər”

10.12.2020 18:49 1 368
Prezident: “Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, yeni platformada yer ala bilərlər”
“Biz bölgədə yeni bir əməkdaşlıq platforması yaratmalıyıq. Artıq ilkin bəyanatlar verilib. Bu, çoxtərəfli platforma ola bilər. Bu əməkdaşlıq platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı var. Eyni zamanda Azərbaycan-Rusiya-İran əməkdaşlığı, Türkiyə-Rusiya-İran əməkdaşlığı var. Bütün bu əməkdaşlıq platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq. Müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq. Biz bu ədavətə son qoymalıyıq. Bunun təşəbbüskarı biz olmamışıq. Biz sadəcə olaraq 30 il ərzində beynəlxalq təşkilatlardan dəstək gözləyirdik. Minsk qrupundan dəstək gözləyirdik. Gözləyirdik ki, onların qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin, ancaq bu olmadı. Sadəcə nə hərb, nə sülh vəziyyəti, status-kvo davam edirdi. Biz hərbi yollarla bu status-kvonu dəyişdirdik, düşməni torpaqlarımızdan çıxardıq. Onlara çox böyük zərbə vurduq. Onların əsas ideoloji sütunlarını məhv etdik. Ondan sonra söylədik ki, əməkdaşlığa hazırıq. Biz yeni əməkdaşlıq formatı təşkil etməklə gələcəkdə bölgəmizdə müharibə riskini sıfıra endirə bilərik”, - dövlət başçısı qeyd edib.

Son xəbərlər