Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:32 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı | 17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar |
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov İranda İslam Şurası Məclisinin sədri ilə görüşüb

09.12.2020 22:31 2 280
Ceyhun Bayramov İranda İslam Şurası Məclisinin sədri ilə görüşüb
İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf ilə görüşü baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, İslam Şurası Məclisinin sədri Azərbaycan ərazilərinin azad edilməsini sülh və davamlı təhlükəsizliyin həyata keçirilməsi istiqamətində vacib addım adlandırıb. O, İran və Azərbaycan arasında hərtərəfli əməkdaşlıq səviyyəsinin artırılmasının əhəmiyyətini qeyd edərək, bunun üçün mövcud müxtəlif potensiallardan istifadə olunmasını vurğulayıb.

İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibaf Azərbaycan Respublikası və İran İslam Respublikası arasında iqtisadi, mədəni və digər əməkdaşlıq səviyyələrinin, habelə sərhədlərarası əməkdaşlığın artırılmasından bəhs edib.

Nazir Ceyhun Bayramov İranın nüvə aliminin terror nəticəsində qətlə yetirilməsi ilə bağlı başsağlığı bildirib. O, Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini pislədiyini qeyd edib və bu terror aktının qəbuledilməz olduğunu bildirib.

Nazir Azərbaycanın 44 gün davam edən Vətən Müharibəsindən bəhs edərək, İran İslam Respublikasının yüksək səviyyəli nümayəndələrinin, o cümlədən İran İslam İnqilabı Ali Rəhbərinin, Prezidentin, eləcə də deputatların dəstək mövqelərini məmnunluqla vurğulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Son xəbərlər