Mojo.az Banner
13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |     12:41 Rumıniyada sabiq prezidentliyə namizəd həbs olundu  |     12:38 Ramiz Mehdiyevin məhkəməsi oldu - VİDEO (YENİLƏNİB)  |     12:35 Qisas almaq üçün 68 yaşlı kişini öldürüb su quyusuna atdı - Təfərrüat  |     12:17 Market işçiləri arasında dava: Bıçaqlanan var  |     12:11 Türkiyə səhəri güclü zəlzələ ilə açdı  |     12:05 Sabirabadda bir ailə qəzaya düşdü  |     12:03 Xüsusilə külli miqdarda marixuananı Azərbaycandan keçirmək istədilər - Video  |     12:01 Qadın hindistanlı turisti Bakıda hoteldə qarət etdi - Təfərrüat  |     11:59 Paytaxtda 10 otaqlı evdə yanğın olub - Video  |     11:58 Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət  |     11:56 Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü - Video  |     11:54 Bakıda elektrik maşınları artır, rayonlarda isə alan yoxdur – Əsas səbəblər  |     11:51 3 günlük nağd pul ehtiyatı: Elektrik getsə, pulumuz da “yox” olacaq?  |     11:33 Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda əhali dollar alışını artırıb, avroya isə maraq tamamilə azalıb

27.11.2020 18:51 1 317
Azərbaycanda əhali dollar alışını artırıb, avroya isə maraq tamamilə azalıb
2020-ci ilin yanvar-sentyabr aylarının sonuna olan xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi açıqlanıb.

Göstəricilərdə ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.

Belə ki, 2020-ci ilin 10 ayı ərzində banklar tərəfindən 953,4 milyon ABŞ dollarının alışı həyata keçirilib. 3 milyard 4,5 milyon ABŞ dollarının isə satışı təmin edilib. 2019-cu ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 37,7 faiz azalıb, satışı isə 43,7 faiz çox olub.

Bu dövr ərzində 10,1 milyon dəyərdə ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 17 milyon 645,1min funt sterlinqi həcmində satış baş tutub. Cari valyuta vahidi üzrə alış ötən ilə nisbətən 29,5 çox olub, satış isə 28,1 faiz azalıb.

Yanvar-oktyabr ayları ərzində banklar tərəfindən 65 milyon 469,3 min avro həcmində alış baş tutub. Bu dövr ərzində 203 milyon 741,5 min dəyərdə avro satışı təmin edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 62,8 faiz və ya 2,7 dəfə azalıb, cari valyuta üzrə satış həcmi də 58,2 faiz və ya 2,4 dəfə azalıb.

İlin əvvəlindən oktyabr ayının sonuna olan göstəriciyə əsasən, 11 milyard 407,7 milyon Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 2 milyard 355,4 milyon rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 10,6 faiz azalıb. Həmçinin, rublun satışı da 2019-cu ilin 10 ayı ilə müqayisədə 21,5 faiz az olub.скачать dle 11.3
Mojo.az Banner