Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Youtube-da yeni reklam formatı istifadəyə veriləcək

21.11.2020 22:29 2 109
Youtube-da yeni reklam formatı istifadəyə veriləcək
Youtube videoservisindəki reklam elanları artıq hamıya məlumdur. Təbii ki, istifadəçi öz istəyinə uyğun olaraq reklam elanlarından yan keçə bilər. Lakin Google şirkəti belə bir ehtimal üçün də hazır ssenari fikirləşib. Şirkətin verdiyi məlumata əsasən hətta ekrana baxmayan istifadəçini də əhatə edəcək yeni reklam formatının Youtube-da aktiv testinə artıq start verilib. Bu barədə Engadget saytı xəbər verib. Google şirkətinin rəsmi bloqunda yenilənmiş reklam elanları standartı barəsində məlumat təqdim olunub. Yeni reklam standartında əsas diqqət reklamın səsinə ayrılır.

Şirkət bildirib ki, bu cür kontentin dinlənilməsi zamanı istifadəçi səs vasitəsilə təsvir olunan məhsulu və ya hansısa xidməti hətta gözləri qapalı şəkildə canlandıra biləcək. Güman olunur ki, bu cür reklam elanlarının xronometrajı 15 saniyə təşkil edəcək, hərəkətsiz foto və ya sadə animasiyaya sahib olacaq. Youtube təmsilçiləri bildiriblər ki, audio elanlar auditoriyanın əhatə dairəsini genişləndirəcək. Artıq bir neçə ay ərzində aparılan ilkin test nəticələrinə əsasən bu cür yeni reklam standartı sayəsində Youtube-da yoxlanışdan keçmiş reklam kampaniyalarının 75%-i brendlərin məşhurluğunu qaldırıb.скачать dle 11.3
Mojo.az Banner