Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Lavrov: “Qarabağla bağlı ortaq bəyanatı şübhə altına alma cəhdləri qəbuledilməzdir”

21.11.2020 16:12 1 167
Lavrov: “Qarabağla bağlı ortaq bəyanatı şübhə altına alma cəhdləri qəbuledilməzdir”
“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı ortaq bəyanatı böhrandan çıxmağın yeganə yoludur, bunu şübhə altına alma cəhdləri qəbuledilməzdir”.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın idarələrarası nümayəndə heyətinin Ermənistana səfərinin yekunları ilə bağlı bildirib.

“Bu bəyanatın bir neçə həftə əvvəl çox kəskinləşən vəziyyətin həll olunmasının alternativsiz yolu olduğu hər kəs tərəfindən qəbul edilib. Bəyanatı təkcə ölkə daxilində deyil, xaricdə də şübhə altına almaq cəhdlərinin qəbuledilməz olduğu yekdilliklə vurğulanıb. Bu bəyanatın işləməsi üçün hər şeyi etməyə qərarlıyıq”, - deyə o bildirib.

Rusiya Xarici İşlər naziri İrəvanda Rusiya nümayəndə heyətinin danışıqlar zamanı əsas diqqətin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bəyanatının dəqiq və tam həyata keçirilməsi vəzifələrinə ayrıldığını bildirib.

Lavrov əlavə edib ki, İrəvanda Rusiya nümayəndə heyəti ilə görüşlərində Ermənistanın baş naziri və prezidenti Qarabağla bağlı razılaşmanın həyata keçirilməsinə tam sadiqliklərini təsdiqləyiblər.скачать dle 11.3
Mojo.az Banner