Mojo.az Banner
17:11 Aprelin 16-25-də Lirid meteor yağışı olacaq  |     16:42 74 uşağın müəssisəyə verilməsinin qarşısı alınıb  |     16:37 Bunların satışı qadağandır! - AQTA-dan sahibkarlara xəbərdarlıq  |     16:30 İki milyon manat dələduzluq işində zərərçəkən: "Ona deməmişəm ki, sənə nə qədər cərimə gəlsə, onun yarısı mənlikdir"  |     16:17 Bəzi ərazilərə LEYSAN, QAR yağacaq - XƏBƏRDARLIQ  |     16:04 Sabunçuda qadın evdən doqquz min manat oğurlayıb  |     15:59 Bu yolda sürət həddi endirildi  |     15:22 Trampın ikihəftəlik atəşkəs qərarından sonra qızıl və gümüş bahalaşıb  |     15:21 Prezidentin vəzifəyə təyin etdiyi Xalid Əhədov kimdir? - DOSYE  |     15:19 Ukraynanın sabiq baş nazirinin istintaqı başa çatdı  |     14:27 Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirildi  |     13:59 Tanınmış müğənninin anası qızının ölümünə səbəb olan sürücünü bağışladı  |     13:46 "Crocus City Hall" terrorçularının ilkin hədəfi başqa obyekt olubmuş  |     13:32 Eltisini əməliyyat edərək ölümünə səbəb olan mərkəz direktoru HƏBS OLUNDU  |     13:11 Metronun iki stansiyasını birləşdirən avtobus xəttində GEDİŞ PULSUZ OLA BİLƏR  |     13:09 Bakıda GÜCLÜ KÜLƏK: Yol polisi piyada və sürücülərə müraciət etdi  |     12:45 Gürcüstanda adam öldürməyə cəhddə təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanıldı  |     12:36 İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb  |     12:17 Kamilo Duran Azərbaycan çempionatları tarixinə düşdü  |     12:02 Azərbaycanda altı nəfər restoranda ZƏHƏRLƏNDİ  |    
Left Banner
Right Banner

Erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlərlə bağlı yayılan görüntülər saxtadır

21.11.2020 15:56 1 191
Erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlərlə bağlı yayılan görüntülər saxtadır
2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində davam edən silahlı münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müharibə qanunlarının və adətlərinin pozulması faktlarına dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq hazırda ibtidai istintaq davam etdirilir, cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycanın hərbi qulluqçularının torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülər yayılıb.

Həmin videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bir çox videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb.

Qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi başlanıb, hazırda həmin videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu kimi qanunsuz əməllərə yol vermiş şəxslər müəyyən edilib məsuliyyətə cəlb edilməklə, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.
Baş Prokurorluq Azərbaycan Respublikasının vətəndaşlarını və hərbi qulluqçularını yuxarıda qeyd olunan qanun pozuntularının yolverilməzliyi barədə bir daha xəbərdar edir.

Həmçinin bildirilir ki, 1992-ci ildən başlayaraq Ermənistan tərəfindən işğal olunan ərazilərimizdə arxeoloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talan edilməsi, ekoloji cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işləri üzrə istintaq aparılır, artıq işğaldan azad edilmiş ərazilərimizdə hadisə yerinə baxış da daxil olmaqla, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir və həmin istintaq hərəkətləri zamanı tarixi abidələrin ermənilər tərəfindən məhv edilməsinə dair əsaslı sübutlar əldə olunur.

Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olaraq, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və müxtəlif konfessiyaların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi dünyada tanınıb.

Vətəndaşlarımız tolerant və multikulturalizm dəyərlərini əsas tutmaqla mədəniyyətimizə və mentalitetimizə uyğun olmayan hərəkətlərdən çəkinməlidir.

Baş Prokurorluq bəyan edir ki, oxşar xarakterli qanun pozuntularına yol vermiş hərbi və mülki şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcək.скачать dle 11.3
Mojo.az Banner