Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:32 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı | 17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Hərbi prokuroru Ariane Baueri qəbul edib

18.12.2020 19:40 1 029
Azərbaycan Hərbi prokuroru Ariane Baueri qəbul edib
Dekbarın 17-də Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri xanım Ariane Bauer qəbul edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qonaqları salamlayan Xanlar Vəliyev Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasında ikitərəfli münasibətlərə toxunaraq, bu əlaqələrin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşmüş şəxslərin və meyitlərin dəyişdirilməsi prosesində Komitə tərəfindən zəruri köməkliyin göstərilməsinə görə təşəkkürünü bildirib.

Eyni zamanda, Xanlar Vəliyev Azərbaycanın hərbi qulluqçularının döyüş zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri, habelə qəbirləri üzərində təhqiredici hərəkətlər edilməsi faktları ilə bağlı Hərbi Prokurorluqda cinayət işlərinin başlanılaraq hazırda istintaqın aparılması barədə məlumat verib.

Həmçinin, Hərbi Prokuror döyüş əməliyyatlarında həlak olmuş Azərbaycan hərbi qulluqçularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftar faktları ilə bağlı Ermənistan hüquq mühafizə orqanları tərəfindən hüquqi təsir tədbirlərinin görülməsinin vacibliyini, açıq və ədalətli araşdırmanın aparılmaqla ictimaiyyətin məlumatlandırmasının xüsusi əhəmiyyətini bildirməklə materialların Ermənistan Respublikasının səlahiyyətli orqanlarına təqdim olunması üçün istənilən beynəlxalq təşkilata təqdim olunmasına hazır olduqlarını vurğulayıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən xanım Ariane Bauer hərbi münaqişə zamanı zərər yetirilmiş mülki əhaliyə Komitə tərəfindən müvafiq yardımların edilməsini və bu istiqamətdə işlərin davam etdiriləcəyini, eləcə də həlak olmuş şəxslərin, onların meyitlərinin və qalıqlarının identifikasiya edilməsində köməklik göstərə biləcəklərini bildirib.

Görüşdə bir sıra digər məsələlər müzakirə edilib, səmərəli fikir mübadiləsi aparılıb.

Son xəbərlər