Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhsil Nazirliyi özəl məktəblərə xəbərdarlıq etdi

03.11.2020 21:37 1 020
Təhsil Nazirliyi özəl məktəblərə xəbərdarlıq etdi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarı ilə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulub. Pandemiya ilə əlaqədar olaraq, dərslər “Virtual məktəb”, eləcə də digər onlayn platformalar üzərindən keçirilir, həmçinin şagirdlərə “Dərs vaxtı” teledərsləri izləmək tövsiyə olunur.

Təhsil Nazirliyindən verilən məlumata görə, bununla belə Nazirliyə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin əyani formada tədrisə cəlb olunması ilə bağlı müraciətlər daxil olur:

“Bildiririk ki, bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda adıçəkilən Qərarına ziddir. Göstərilənləri nəzərə alaraq, tərəfinizdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən Qərarına əməl edilməsi tələb olunur. Əks təqdirdə, Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət edilməməsi nəticəsində müvafiq tədbirlər görüləcək”.скачать dle 11.3
Mojo.az Banner