Elçin Əmirbəyov Hindistan KİV-lərinə: Ermənistanın Azərbaycan əraziləri işğal etməsinə son qoyulacaq - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 "Tesla" avtonom nəqliyyat qəzalarını ictimaiyyətdən niyə gizlətməyə çalışır?  |     22:57 "2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?  |     22:50 İcra hakimiyyətinin abadlıq işləri ilə bağlı tenderi baş tutmadı  |     22:45 Sabit tarifi necə ödəyəcəyik?- Video  |     22:36 Çin Afrika ölkələrindən idxal edilən bütün məhsullara qarşı rüsumları ləğv edəcək  |     22:28 Rusiyada azərbaycanlı müəllim xidmətlərinə görə mükafatlandırıldı  |     22:21 Patrik Andrade də "Qarabağ"dan getdi  |     22:15 Bakıda əcnəbilərin şok əməlləri: Hamilə qadın və əri iki nəfəri öldürmək istədilər  |     22:07 DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançıların məhkəməsi keçirilib  |     22:01 Toyda Kəmalə Günəşli ilə məclis sahibi arasında DAVA: Xəsarət alan var - TƏFƏRRÜAT  |     21:53 Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma olub  |     21:23 Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana səfər edib  |     21:14 Çanaqqalada meşə yanır  |     20:59 Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq  |     20:53 Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq  |     20:48 Nyu-Yorkda etiraz aksiyasında polis 80-dən çox şəxsi saxlayıb  |     20:41 Suriyada qadınlara çimərliklərdə burkini geyinmək tövsiyə edilib  |     20:36 Bakı-Sumqayıt qatarının 14-16 iyundakı hərəkət qrafiki açıqlanıb  |     20:29 Sabah Rusiya və Ukrayna arsında növbəti əsir mübadiləsi baş tutacaq  |     20:21 DYP skuter sürənlərə xəbərdarlıq edib  |    

Elçin Əmirbəyov Hindistan KİV-lərinə: Ermənistanın Azərbaycan əraziləri işğal etməsinə son qoyulacaq - VİDEO

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Hindistanın məşhur “TV9” kanalı və” Navbharat Times” informasiya agentliyinə iki müsahibəsində Hindistan ictimaiyyətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son hadisələr barədə məlumatlandırıb.

E.Əmirbəyov, sentyabrın 27-də Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlayan və döyüş meydanında alçaldıcı məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyinin atəşkəs və münaqişənin sülh yolu ilə həlli axtarışında qətiyyən maraqlı olmadığını qeyd edib. E. Əmirbəyov, təcavüzkar ölkənin hərbi-siyasi rəhbərliyinin döyüş bölgəsindən uzaq şəhərlərdə və kəndlərdə yaşayan Azərbaycanın mülki əhalisini raket və artilleriya atəşinə tutma cinayətkar təcrübəsini davam etdirən qeyri-insani davranışlarına toxunub.

Səssiz beynəlxalq ictimaiyyət tərəfindən cəzasız qaldığından sui-istifadə edərək, Ermənistan rəhbərliyi və işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı cinayətkar marionet rejimi, hərbi əməliyyatlar bərpa olunduqdan sonra 91 dinc Azərbaycan vətəndaşının ölümü və 400-dən çoxunun müxtəlif dərəcəli ağır yaralanması ilə nəticələnən hərbi cinayətlər, terror aktları və insanlığa qarşı cinayətlər törətməyə davam edir. E.Əmirbəyov vurğulayıb ki, “Smerç” yaylım atəşli raket sistemlərindən Bərdə və Tərtərin mülki əhalisinə raket zərbələri endirərkən, erməni tərəfi beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş kaset bombalardan istifadə edib, bu fakt Azərbaycan tərəfindən məlumatların toplanması və bütün hərbi cinayətlərin və Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının pozuntularının qeydə alınması üçün dəvət edilmiş “Amnesty International” və “Human Rights Watch” beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən təsdiqlənib. Birinci vitse-prezidentin köməkçisi, həmçinin Ermənistanın Bərdə, Tərtər və Goranboya raket hücumlarının ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təşkil olunan iki ölkənin xarici işlər nazirlərinin Cenevrədəki görüşü ərəfəsində baş verdiyini və bunun təcavüzkar ölkənin həyasız riyakarlığını və xainliyini bir daha təsdiq etdiyini bildirib.

“Ermənistan baş naziri Paşinyanın məntiqsiz, gözlənilməz və bu səbəbdən də təhlükəli davranışı dinc mülki əhali də daxil olmaqla hər gün daha çox qurbanlara səbəb olur. Bu baxımdan beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın Azərbaycana təcavüzünün dayandırılmasına yönəlmiş səmərəli addımların mövcud olmaması halında, Bakının Ermənistanı sülhə məcbur etmək və əzəli Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün sentyabrın 27-i əks hücum çərçivəsində başlayan əməliyyatı ən qısa müddətdə başa çatdırmaq xaricində başqa yolu yoxdur”, - deyə, E.Əmirbəyov sözünə yekun vurub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            837 31.10.20 22:18