Mojo.az Banner
21:13 Çinli mühəndis Tayvan və Yaponiyadan sirrlər oğurlamağa 13 il sərf edib  |     21:08 40 min şüşə: Gürcüstan Stalinin şərab kolleksiyasını hərraca çıxaracaq  |     21:01 Varlılar dollardan imtina edir - SƏBƏB  |     20:55 Qurban Qurbanov daha 3 il "Qarabağ"da  |     20:46 Azərbaycanda müğənni fanatını polisə şikayət etdi - Video  |     20:41 Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır  |     20:34 Bakıda 41 ağac sınıb  |     20:29 Bu küçədəki nişanlama çaşqınlıq yaradır? - AYNA açıqlama verdi (Video)  |     20:21 Trampın adı 14 gün ərzində silinməlidir - Məhkəmə qərar verdi  |     20:13 Britaniyalı nazir: Azərbaycan təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır  |     20:01 Oman Hörmüz boğazında üzən mina ehtimalı barədə xəbərdarlıq edib  |     19:54 Zəvvarların Bakıya qayıdış tarixləri açıqlandı - RƏSMİ  |     19:52 Ali məktəbdən qovulanların möhlət hüququ nə zaman itir? - Rəsmi CAVAB  |     19:39 "AZAL" Gəncə-Sankt-Peterburq marşrutu üzrə mövsümi uçuşları bərpa edib  |     19:23 Azərbaycana Afrikadan turist axını 10 %-ə yaxın artıb  |     19:18 Ağcabədidə kanaldan qadın meyiti tapıldı  |     19:08 Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi  |     18:56 Samvel Karapetyan Ermənistan parlamentinin spikerini məhkəməyə verdi  |     18:04 Milli komandamız Fransaya QALİB GƏLDİ  |     17:59 Azərbaycanda ət ucuzlaşacaq  |    
Left Banner
Right Banner

Düşmən Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu atəşə tutdu - RƏSMİ

27.10.2020 12:50 2 559
Düşmən Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu atəşə tutdu - RƏSMİ
“Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews” çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik”.

Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistanın bu hücumunu azad sözə və peşəkar jurnalistikaya təcavüz kimi qiymətləndirilir:

“Xoşbəxtlikdən raket hədəfdən yayınıb, çəkiliş qrupu xəsarət almayıb. Nəqliyyat vasitəsinə qəlpələrlə zərər dəyib. Üzərində “Euronews”un uzaq məsafədən seçilən fərqləndirici nişanı olan nəqliyyat vasitəsinə tank əleyhinə idarəolunan raket vasitəsilə hücum hədəfli və məqsədyönlü xarakter daşıyıb.

“Euronews”un reportajında raketin hərəkətdə olan nəqliyyat vasitəsinin üzərindən yaxın məsafədən keçdiyi aydın şəkildə görünür.

Bundan əvvəl Azərbaycan media nümayəndələri də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub, jurnalistlər arasında yaralananlar olmuş, çəkiliş qruplarının nəqliyyat vasitələrinə zərər dəyib”.

“Azərbaycan tərəfdən hərbi əməliyyatlar barədə reportajlar hazırlayan beynəlxalq media nümayəndələri öz ölkələrinə qayıtdıqda belə erməni lobbi dairələrinin verbal və fiziki hücumları, şantajları və təhdidləri ilə üzləşirlər.

Bəzi hallarda erməni lobbisinin təzyiqləri altında peşəkar fəaliyyətini həyata keçirən jurnalistlər işlərini itirməli olurlar. Fransanın TF1 televiziya kanalına və onun Azərbaycandan reportaj hazırlamış çəkiliş qrupuna Fransa erməni lobbisi tərəfindən olan hücumlar bunun bariz nümunəsidir.

Hazırda Azərbaycanda 70-dən artıq beynəlxalq media nümayəndəsi fəaliyyət göstərir. Cəbhədəki əməliyyat şəraitinə uyğun olaraq onların cəbhədən reportajlar hazırlamasına və öz peşəkar fəaliyyətini həyata keçirməsinə imkan yaradılır”, - deyə H.Hacıyev qeyd edib.скачать dle 11.3
Mojo.az Banner