Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Polisindən təhlükəsizlik tədbirləri ilə bağlı VACİB AÇIQLAMA: “Şübhəli əşyalara toxunmayın” - VİDEO

24.10.2020 13:19 1 542
Bakı Polisindən təhlükəsizlik tədbirləri ilə bağlı VACİB AÇIQLAMA: “Şübhəli əşyalara toxunmayın” - VİDEO
Ətrafda şübhəli əşya gördükdə, qətiyyən ona yanaşmaq, toxunmaq olmaz. Birmənalı olaraq bu barədə dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Araz FM radiosunda çıxışı zamanı deyib.

O bildirib ki, Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi ilə yanaşı ərazidə xidmət aparan polis əməkdaşlarına da bu barədə məlumat verilməsi vacibdir:

“Bu hər birimizin təhlükəsizliyinin təmin edilməsi üçün önəmli məsələlərdən biridir. Hər kəs mövcud vəziyyətlə əlaqədar daha həssas olmalı və qaydalara riayət etməlidir. Cəmiyyət olaraq üzərimizə düşən məsuliyyəti anlamalıyıq. Hərbi vəziyyət rejimi ilə əlaqədar komendant postlarında yoxlama zamanı müvafiq sənədlər polis əməkdaşlarına təqdim olunmalıdır. Hərəkətinə icazə verilməyən şəxslər hərəkətdən kənarlaşdırılır və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Bu ümumilli məsələdir. Qarabağ Azərbaycandır.

Qarabağın işğaldan tamamilə azad olunması üçün hər birimiz üzərimizə düşən vəzifənin öhdəsindən gəlməliyik və gələcəyik. Yalnız ictimai həyatda deyil, sosial şəbəkələrdən istifadə zamanı da məsuliyyətli olmaq lazımdır. Belə ki, bizə aid olmayan, mənbəyi məlum olmayan informasiyaları sosial şəbəkələrdə paylaşılmamalıdır. Rəsmi məlumatlar üçün yalnız Azərbaycan Respublikasının Dövlət orqanlarına istinad edilməlidir. Hər bir vətəndaş bilməlidir ki, yanlız dövlət orqanları tərəfindən yayılan informasiyalar etibarlıdır”.

Son xəbərlər