Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

21.10.2020 15:49 882
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
Xarici ölkələrin parlament nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri cəbhə xəttində gedən döyüşlərlə bağlı bəyanatlar verməkdə davam edirlər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda qeyd olunub.

Macarıstan Milli Assambleyasının sədri Laslo Köver, Macarıstan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Atilla Tilki Ermənistan hərbi qüvvələrinin humanitar atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını pisləyir, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana öz dəstəyini ifadə edirlər.

Həmçinin, Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand öz müraciətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktı əsasında həllinə tərəfdar olduğunu bildirir.

Özbəkistan Ali Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Alişer Kadırovun məktubunda da Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistan silahlı qüvvələrinin ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni, orada yaşayan dinc əhalini artilleriya və raket atəşinə tutması, mülki obyektlərin hədəfə alınması şiddətlə qınanılır, Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum tədbirləri təqdir edilir. Münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək ifadə olunur.скачать dle 11.3
Mojo.az Banner