Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Ermənistanın terrorçulardan ibarət “ehtiyat ordu” sevdası suya düşdü: Xarici media erməniləri ifşa etdi

16.10.2020 19:13 1 209
Ermənistanın terrorçulardan ibarət “ehtiyat ordu” sevdası suya düşdü: Xarici media erməniləri ifşa etdi
Sentyabrın 27-dən etibarən Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı təxribatlar davam edir. Hər gün daha da vəhşiləşən, barbarlasan düşmən Azərbaycanın dinc əhalisini, təmas xəttindən çox uzaqda yerləşən mülki yaşayış evlərini artilleriyadan atəşə tutur.

Azərbaycan ordusu isə düşmən hücumuna qarşı əks-hücum, sülhə məcburetmə əməliyyatlarını həyata keçirir.

Azərbaycan ordusunun sülhə məcburetmə əməliyyatlarına başlaması ilə Ermənistan silahlı qüvvələri hərbi texnika, eləcə də canlı qüvvə baxımından çoxsaylı itkilərə məruz qalıb.

İndiki halda muzdlu döyüşçülər və terrorçuları cəbhə zonasına daha intensiv şəkildə cəlb etməklə Ermənistan hərbi-siyasi rəhbərliyi orduda şəxsi heyətlə bağlı itkilərin yerini doldurmağa çalışır. Bunun üçün də nə etdiyini artıq bütün dünya ictimaiyyəti bilir.

Düşmən öz iyrənc siyasətini, təxribatlarını həyata keçirmək üçün Livandan çoxlu sayda muzdlu döyüşçünü işğal etdiyi ərazilərə gətirib. Bu faktı Misirli telejurnalist Əla Məğribi “Əl-Ğad” xəbər saytında dərc olunan məqaləsində də qeyd edib.

Bundan başqa rusiyalı jurnalistlərdən biri özünün məqaləsində Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi çərçivəsində gedən hərbi qarşıdurmalarda düşmən tərəfində vuruşan erməni əsilli, lakin ABŞ, Fransa və hətta Rusiya vətəndaşı olan şəxslərin iştirak etdiyini qeyd edib. Onlar xaricdə yaşayan erməniləri, erməni mənşəli əcnəbiləri “könüllülər” adı altında işğal edilmiş ərazilərə gətiriblər. Bütün bunları Azərbaycan mediası yox, dünya ictimaiyyəti, xarici medianın nümayəndələri yazır.

Bu günlərdə Fransanın “Liberation” qəzetində yenidən bu mövzuya toxunularaq daha bir fakt diqqətə çatdırılıb. Fransada yaşayan erməni, ASALA terror təşkilatının 64 yaşlı üzvü Jilbert Minasyan Azərbaycana qarşı döyüşmək üçün Ermənistana gəlib. Terrorçu Minasyan özü ilə birgə Fransadan gətirdiyi muzdlu döyüşçülərlə birgə Qarabağdadır. Bütün bunlar onu deməyə əsas verir ki, ermənilərin canlı qüvvəsi ciddi itkilərə məruz qalıb.

Muzdlu döyüşçüləri cəlb etməklə Ermənistan təkcə Azərbaycan üçün deyil, eləcə də bir çox digər dövlətlər, beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır. Dünya birliyi buna qarşı qətiyyətli addımlar atmalıdır.

Ermənistanın Azərbaycan tərəfindən Suriyadan, Türkiyədən, Liviyadan əsgərlərin vuruşması ilə bağlı iddiaları qısa zamanda ifşa olundu. Bu iddiaları sübut edəcək heç bir dəlil irəli sürülmədi. Ermənilər bu iddialarla Azərbaycan ordusunun gücünü kölgə altına qoymağa çalışırdı. Lakin, bu onların xəyali arzusudur, elə arzu olaraq da qalacaq. Azərbaycan öz daxili resursları hesabına düşmənin işğal altında saxladığı əzəli-əbədi torpaqlarını azad edir və edəcək.

Almaniyanın tanınmış “Der Freitag” qəzetində gedən məqalədə də bu istiqamətdə düşmənin yalanları ifşa olunub. Belə ki, bir neçə gün əvvəl sözügedən qəzetdə “PKK muzdlu döyüşçüləri Dağlıq Qarabağ münaqişəsində” sərlövhəli məqalə dərc edilib. Məqalədə Ermənistanın Suriya və İraqdan PKK terrorçularını işğal altında saxladığı Dağlıq Qarabağa yerləşdirdiyinə dair məlumatların olduğu bildirilir.

Bütün bunlara da inanmayanlar varsa, BBC teleradiosu, eləcə də Rusiyanın “Novaya Qazeta” mətbu orqanında yayımlanan məlumatlara diqqət etmək kifayətdir. Həmin media orqanlarında çalışan jurnalistlərin hazırladıqları materiallarda Ermənistan tərəfindən Dağlıq Qarabağa gətirilmiş muzdlu döyüşçülərlə birbaşa ünsiyyətdə olduqları və onların fikirlərini qeyd etdikləri məlumatlar işıqlandırılıb.

Mövzuya başqa aspektdən toxunulan daha bir yazı isə rusiyalı jurnalist Sergey Leonovun “ura.ru” informasiya agentliyində dərc etmiş olduğu yazıdır. Araşdırma yazısında Ermənistanın Dağlıq Qarabağda döyüşmək üçün muzdlu döyüşçüləri cəlb etməsi ilə bağlı indi də intensiv fəaliyyət göstərdiyini təsdiq edir. Leonov xatırladır ki, Ermənistan bundan əvvəl də eyni təcrübədən istifadə edib. Birinci Qarabağ müharibəsi zamanı Yəməndən Qarabağa gələn məhşur terrorçu Monte Melkonyan bunun ən real nümunəsidir.

Bu gün erməni diaspor və ictimai təşkilatları hələ də Dağlıq Qarabağda vuruşmağa muzdlu “döyüşçülər” toplamaqla məşğuldur. Bu da əsassız məlumat deyil. Bu istiqamətdə “VoMA Center” erməni ictimai təşkilatı aktiv şəkildə belə muzdlu döyüşçülərin toplanmasını həyata keçirir. Hazırda Dağlıq Qarabağa göndərilmək üçün muzdlu döyüşçülər toplayan erməni diaspor və ictimai təşkilatları bu əməllərini açıq şəkildə həyata keçirir. Onlar bunu “ehtiyat ordu” yaratmaqla izah edir.

“Canfəşanlıq” edənlər isə Rusiya erməniləri birliyinin rəhbəri Ara Abrahamyan və Ermənistanın diaspor məsələləri üzrə baş səlahiyyətli nümayəndəsi Zare Sinanyan xüsusi “fəallıq” göstərir.

Məntiqlə düşünsək, bu cür “ağıllı” adıımlar atan Ermənistan, erməni diasporu muzdlu döyüşçülər toplamaqla Rusiya qanunlarını da çox kobud şəkildə pozur.

Xatırlatmaq yerinə düşər ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 208-ci maddəsinə əsasən, ölkə xaricində silahlı qruplaşmaların tərkibində hərbi əməliyyatlarda iştirak etmək 15 ilə qədər həbs cəzası ilə nəticələnə bilər. Bu da belə.

Azərbaycan ordusu 30 ildir işğal altında saxlanılan öz torpaqlarında ərazi bütövlüyününü bərpası üçün mübarizə aparır. Bu Azərbaycanın vətən müharibəsidir. Azərbaycan ordusunun qələbəsidir. Hər kəs əmin olsun ki, Azərbaycan öz haqlı mübarizəsini qalib şəkildə də başa vuracaqdır.

Ölkə başçısının da öz çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan öz torpaqları uğrunda mübarizə aparır və ərazi bütövlüyünü bərpa edəcək.скачать dle 11.3
Mojo.az Banner