Mojo.az Banner
15:36 Əfv sərəncamı nə vaxt imzalana bilər? - Komissiya üzvü danışdı  |     15:26 "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu (TƏFƏRRÜAT)  |     15:03 Elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb  |     15:01 İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı  |     14:47 İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb  |     14:44 Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü  |     14:43 Sabunçuda qadın qətlə yetirilib, oğlu saxlanılıb  |     14:42 Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi  |     14:41 İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var  |     14:15 Azərbaycan nefti BAHALAŞIB  |     14:07 Bölgələrə səfər edənlərə XƏBƏRDARLIQ  |     13:54 Yaponiyada yenə güclü zəlzələ oldu  |     13:49 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkimdən XƏBƏRDARLIQ  |     13:43 Paytaxtda çoxmərtəbəli binanın altından metroya keçid inşa edilir? - Qurumdan AÇIQLAMA - VİDEO  |     13:38 Fransada DƏHŞƏT: Mənzildə beş körpə cəsədinin qalıqları tapıldı, qadın həbs edildi  |     13:30 Naxçıvanda DƏHŞƏTLİ QƏTL: Qadın öldürüldü, əri saxlanıldı  |     13:24 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür  |     13:15 Azərbaycanda zəlzələ baş verib  |     13:09 Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA  |     12:59 İki ölkənin vətəndaşları üçün Azərbaycana viza tələbi ləğv edilir  |    
Left Banner
Right Banner

Göyçayda qız anasını boğaraq öldürdü

16.10.2020 14:44 2 604
Göyçayda qız anasını boğaraq öldürdü
Göyçayda qız anasını boğaraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 12-də Göyçay Rayon Polis Şöbəsinə Müskürlü kənd qəbiristanlığında kəfənə bükülmüş, üzərində zorakılıq əlamətləri görünməyən 75-80 yaşlı qadın meyitinin tapılması barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində onun Mingəçevir şəhər sakini, 84 yaşlı Bənövşə Ələkbərova olması və oktyabrın 9-da yaşadığı evdə qızı S.Əsgərova tərəfindən yastıqla boğularaq qətlə yetirilməsi müəyyən edilib.

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əsgərova saxlanılaraq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3
Mojo.az Banner