Mojo.az Banner
23:00 Azərbaycanın Təbrizdəki baş konsulu avtomobil qəzası nəticəsində ölüb  |     22:51 Almaniyada tramvay qəzasında 27 nəfər xəsarət alıb  |     22:43 Alimentə görə həbs edilənlərin sayı açıqlandı  |     22:38 Xəzərin suyunun azalmasının səbəbi yalnız iqlim dəyişiklikləri deyil - Nazir  |     22:29 Bazar gününə olan hava proqnozu  |     22:24 Sumqayıtda qanunsuz tikili söküldü - Video  |     22:16 Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - AÇIQLAMA - VİDEO  |     22:11 Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video  |     22:03 Maaşların ödəniş qaydası dəyişir — Artıq aylıq verilməyəcək  |     21:55 Mədinə Sadıqova Avropa çempionatında qızıl medal qazanıb  |     21:50 İranda internetə çıxış 84 gündür ki, yoxdur  |     21:43 Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb  |     21:36 Muğlada zəlzələ olub  |     21:30 SAT imtahanında saxtakarlıq şübhəsi: Suallar öncədən satılır? - VİDEO  |     21:19 AZAL-a dəymiş zərər Rusiya tərəfindən kompensasiya ediləcək  |     21:06 Sevgi həyatında böyük dönüş yaşayacaq bürclər  |     21:00 Eyfel Qülləsinin pilləkəni rekord qiymətə satıldı  |     20:50 Aida Quliyeva vəfat etdi  |     20:42 Cəbrayılda illik iki milyon ağac tingi yetişdiriləcək  |     20:36 Bu 5 bürcün bütün işləri yağ kimi gedəcək  |    
Left Banner
Right Banner

Polad Bülbüloğlu Monteneqronun Rusiyaya yeni təyin edilmiş səfiri ilə görüşüb - FOTO

13.10.2020 19:49 1 134
Polad Bülbüloğlu Monteneqronun Rusiyaya yeni təyin edilmiş səfiri ilə görüşüb - FOTO
Oktyabrın 13-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Monteneqronun Rusiya Federasiyasına yeni təyin edilmiş Səfiri Milorad Şçepanoviçi onun xahişi ilə qəbul edib.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Polad Bülbüloğlu ona diplomatik işində müvəffəqiyyətlər arzulayıb və Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində apardığı fəaliyyət barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüş əsnasında Azərbaycanla Monteneqro arasında ikitərəfli münasibətlərin hazırkı durumu, onların daha da dərinləşdirilməsinin əhəmiyyəti və bunun üçün kifayət qədər potensialın mövcud olduğu vurğulanıb. Qeyd edilib ki, iki ölkənin beynəlxalq səviyyədə sıx əməkdaşlıq edərək bir-birinə lazımi dəstək göstərməsi əlaqələrin yüksələn xətlə inkişaf etməsindən xəbər verir.

P.Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, onun tarixi, hüquqi aspektləri və nəticələri, hal-hazırda isə ölkəmizin Dağlıq Qarabağ bölgəsində işğalçı dövləti sülhə vadar etmək üçün ordumuzun keçirdiyi hərbi əməliyyatlar haqqında həmsöhbətini ətraflı məlumatlandırıb. Ermənistanın təxribatları, cəbhə bölgəsindən kənarda yerləşən şəhərlərdəki yaşayış məntəqələrinin və mülki şəxslərin ağır silahlardan atəşə tutulması barədə məlumatı qarşı tərəfin diqqətinə çatdırıb. Bildirib ki, Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi cinayətlər dinc əhali arasında xeyli sayda insan tələfatına səbəb olub.

Səfir qeyd edib ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin mülki şəxsləri hədəfə alması və beləliklə də humanitar hüququ kobud şəkildə pozması beynəlxalq məsuliyyət yaradır və dünya ictimaiyyəti tərəfindən qınanılmalıdır.

P.Bülbüloğlunun sözlərinə görə bugünkü vəziyyət məhz Ermənistanın BMT TŞ-nin müvafiq qətnamələrinə, beynəlxalq regional təşkilatlar çərçivəsində qəbul olunmuş sənədlərin tələblərinə, ATƏT-nin Minsk Qrupu çərçivəsində on illərlə aparılan danışıqlar zamanı irəli sürülmüş təkliflərə və qrupa daxil olan həmsədr ölkələrinin status-kvonun qəbuledilməzliyi haqda çağırışlarına məhəl qoymadığına, eləcə də işğalçı dövlətin hazırkı rəhbərliyinin məsuliyyətsizliyinə görə yaranıb.

M.Şçepanoviç qəbula və verilən məlumata görə təşəkkür edərək, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini xüsusilə vurğulayıb və əməkdaşlıq üçün hər zaman hazır olduğunu bildirib.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

скачать dle 11.3
Mojo.az Banner