Mojo.az Banner
21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |     20:46 Sentyabrda pomidor niyə bahadır? – Ekspert səbəbləri açıqladı  |     20:41 Çində ilk plastik yol inşa edildi: Asfaltına nə əlavə olunub?  |     20:33 Azərbaycan millisinin Tacikistanla oyununun hakimləri bəlli oldu  |     20:27 Azərbaycanda icra başçısı olmayan rayonların sayı 6-ya çatdı  |     20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |     20:16 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     20:08 Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO  |     20:01 Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar  |     20:01 Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:56 Cəlilabadda yaşayış evi yandı  |     19:56 Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Müsəlman Alimləri Beynəlxalq Birliyi Ermənistanı dərhal işğal etdiyi ərazilərdən çəkilməyə çağırıb

12.10.2020 23:27 1 191
Müsəlman Alimləri Beynəlxalq Birliyi Ermənistanı dərhal işğal etdiyi ərazilərdən çəkilməyə çağırıb
Qərargahı Qətərdə yerləşən Müsəlman Alimlərinin Beynəlxalq Birliyi Ermənistanın təcavüzkar əməllərini qınayan və onu işğal etdiyi ərazilərdən çəkilməyə çağıran bəyanat qəbul edib.

APA-nın məlumatına görə, Bəyanatda təşkilat erməni işğalı və təcavüzünü qınayaraq, zülm və işğalın məhvə məhkum olduğunu bildirib.

Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu və heç vaxt Ermənistana tabe olmadığı qeyd olunub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməyə çağırdığı qeyd edilib.

BMT, həmçinin, Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatı və s. beynəlxalq təsisatların oxşar qərarlarına, eləcə də beynəlxalq hüquqa əsasən, Ermənistanın işğalçı dövlət statusunda olduğu vurğulanıb.

Təşkilat Ermənistanı dərhal işğal etdiyi ərazilərdən çəkilməyə, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etməyə və bu istiqamətdə danışıqlara başlamağa çağırıb.скачать dle 11.3
Mojo.az Banner