Mojo.az Banner
18:33 Bakıda plana düşən 200-dən çox ev sökülür - VİDEO  |     18:25 "Tərəqqi" medallı keçmiş direktor dünyasını dəyişdi  |     17:52 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     17:41 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında DAVA DÜŞDÜ - VİDEO  |     17:33 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi  |     17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |     16:46 Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir  |     16:40 Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər  |     16:35 Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA  |     15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Zəif inkişaf edən ölkələrin borcları açıqlandı

12.10.2020 22:36 2 136
Zəif inkişaf edən ölkələrin borcları açıqlandı
Az inkişaf edən ölkələrin borcları 2019-cu ilin sonunda rekord həddə çatıb.

“Report” Dünya Bankının bugünkü hesabatına istinadən xəbər verir ki, İMF və G20 ilə birgə irəli sürdükləri təşəbbüs çərçivəsində borc ödəmələri dayandırılan ölkələrin məcmu borcları 2019-cu ildə 9,5 faiz artaraq 744 milyard ABŞ dolları kimi rekord həddə çatmışdı.

“Beləliklə, COVID-19 pandemiyası ucbatından dövlət borclarının daha da artması təhlükəsinin qarşısını almaq üçün borcverənlərlə borcalanlar arasında əməkdaşlığın zəruri olduğu bir daha ortaya çıxdı”, - deyə sənəddə qeyd olunur.

Dünya Bankının hesabatında az və orta gəlirli ölkələrə nisbətən yoxsul ölkələrdə borc artımı sürətinin iki dəfə çox olduğu, rəsmi kreditorlar, əsasən G20 ölkələri qarşısındakı borclarının 178 milyard ABŞ dollarına çatdığı də göstərilir.

“Borclarda uzunmüddətli sabitliyin əldə olunması borcların və yatırımların şəffaflığına dair yanaşmalardakı köklü dəyişikliklərin olub-olmamasından asılıdır. Yoxsul ölkələrdə insanların üzləşdikləri borc böhranına qarşı mübarizə ilə bağlı daha əhatəli mövqe tutmaq vaxtı gəlib. Bu da borc çərçivəsində ödəmələrin dayandırılması, borcu azaltmaq istiqamətindəki məqsədyönlü səylər, borcun şəffaflaşdırılmasına əsasən daha sürətli restrukturlaşdırılması deməkdir”, - Dünya Bankı Qrupunun prezidenti David Malpass bildirib.

Dünya Bankı qarşıdakı 15 ay ərzində 100-dən artıq ölkədəki layihələrin həyata keçirilməsi üçün 160 milyard ABŞ dollarına yaxın vəsait ayırmağı nəzərdə tutur.скачать dle 11.3
Mojo.az Banner