Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə yeni parka şəhid general Polad Həşimovun adı veriləcək

08.10.2020 21:55 2 667
Türkiyədə yeni parka şəhid general Polad Həşimovun adı veriləcək
Bursa şəhərinin Osmanqazi rayonunda yeni salınacaq böyük parka şəhid general Polad Həşimovun adı veriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a bildirilib ki, Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimovun adının əbədiləşdirilməsi üçün bu addımı atacaqlarını deyib.

Bələdiyyə sədri qeyd edib ki, Ermənistanın 30 illik işğalı tezliklə bitəcək: “Bu hücumlara Azərbaycan Ordusu öz güclü cavabını verir və bu haqlı savaşda ciddi nəticələr əldə edilib. Azərbaycan torpaqlarının bu işğaldan tamamilə xilas olması üçün dua edirik. Azərbaycana Türkiyə başda olmaqla bir çox ölkədən mənəvi dəstək var. Biz də rayonumuzda bir çox tikililərə Azərbaycan bayrağını asaraq öz dəstəyimizi göstəririk. Bu dəstəklərdən biri də yeni salınacaq böyük parka general Polad Həşimovun adını verməkdir. Artıq bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik”.

скачать dle 11.3
Mojo.az Banner