Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Belçika Parlamentinin deputatı: “Siz tarixin doğru tərəfindəsiniz”

29.09.2020 18:10 1 415
Belçika Parlamentinin deputatı: “Siz tarixin doğru tərəfindəsiniz”
Milli Məclisin Sədri Sahibə Qafarovanın tapşırığı ilə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu Belçika Parlamentinin Azərbaycan dostluq qrupunun rəhbəri, deputat Tim Vandenput ilə videokonfrans formatında görüş keçirib.

Bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov məlumat verib.

Bildirilib ki, videokonfransda Azərbaycan-Belçika Dostluq Qrupunun rəhbəri, deputat Kamal Cəfərov, qrupun üzvləri deputatlar Nigar Arpadarai və Vüqar Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü barədə geniş məlumat veriblər.

Belçika Parlamentinin deputatı Tim Vandeput Ermənistanın cəbhə xəttində təxribatları nəticəsində həyatını itirən şəxslərə görə dərin hüznlə başsağlığı verib. O bildirib ki, hazırda baş verənlər çox aydındır. “Möhkəm olun, inanın ki, siz tarixin doğru tərəfindəsiniz və beynəlxalq hüquq çərçivəsindəsiz” - deyə Tim Vandenput qeyd edib.

Tim Vandenput həmçinin bildirib ki, Belçika da BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu görüş və verilən geniş məlumatı Belçikanın Xairici İşlər nazirinə çatdıracaq.скачать dle 11.3
Mojo.az Banner