Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Əlavə dərs vəsaitlərinin tələbi ilə bağlı valideynlərin şikayətlərinə RƏSMİ CAVAB

26.09.2020 15:51 1 092
Əlavə dərs vəsaitlərinin tələbi ilə bağlı valideynlərin şikayətlərinə RƏSMİ CAVAB
Valideynlər məktəblərdə tədris üçün nəzərdə tutulan dərsliklərlə yanaşı, tələb olunan əlavə vəsaitlərdən narazılıq edirlər.

Bu barədə bir qrup valideyn tərəfindən Oxu.Az-ın redaksiyasına şikayət ünvanlanıb. Valideynlər iddia edir ki, məktəblərdə müəllimlər riyaziyyat fənninin tədrisində Təhsil Nazirliyinin tədris prosesi üçün təsdiq etdiyi kitablardan əlavə vəsaitlərin alınmasını tələb edirlər:

“Söhbət Mübariz Namazovun riyaziyyat kitabçasından gedir. Sözügedən kitabın bu qədər önəmli olmasının və məcburi qaydada şagirdlərə aldırılmasının səbəbi nədir? Hər il yeni nəşrinin alınmasını istəyirlər. Əgər M.Namazovun hazırladığı dərslik Təhsil Nazirliyinin tədris üçün təsdiq etdiyi riyaziyyat kitablarından daha effektlidirsə, onu da kitaba əlavə etsinlər. Valideynlərin maddi durumu həmin əlavə vəsaitləri almağa imkan vermir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə dövlət hesabına təmin olunurlar:

“Dərsliklərdə kifayət qədər tapşırıq var ki, onların yazı dəftərində həll edilməsi ilə mövcud təhsil proqramının mənimsənilməsini həyata keçirmək mümkün olur. Lakin bununla belə ümumi təhsil müəssisəsi təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılması üçün dərslikdən başqa digər tədris vasitələrindən də istifadə edə bilər. Valideynlər öz maddi vəziyyətlərinə uyğun olaraq övladlarının istifadə etməsi üçün digər vəsaitlər kimi (planşet, rəngli kağız, plastilin, flomaster, karandaş, albom, bloknot və s.) ümumi təhsil müəssisəsi tərəfindən tövsiyə edilən tədris vasitələrini də istədikləri halda ala bilərlər.

Amma bununla yanaşı onu da bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli 67 nömrəli qərarı ilə təsdiqlənən “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən dövlət ümumi təhsil müəssisəsi dərslikdən başqa hər hansı tədris vasitəsini daxili istifadəyə tövsiyə etməzdən əvvəl onu pedaqoji şuranın qərarı ilə təsdiqləməlidir. Məktəbin pedaqoji şurası tərəfindən təsdiq edilməyən tədris vasitələri hətta valideynlərin öz istəkləri ilə könüllü alındığı təqdirdə belə tədris prosesinə buraxıla bilməz”.скачать dle 11.3
Mojo.az Banner