Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA

25.09.2020 13:52 1 357
İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA
“Sentyabr ayı sona yaxınlaşdıqca, ən çox soruşulan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması və eləcə də, sentyabrdan xidmət və ictimai iaşə obyektlərinin fəaliyyətinin davam etməsi ilə bağlıdır. Epidemioloji vəziyyətdən asılı olaraq, növbəti qərarların veriləcəyi gözlənilsə də, iqtisadiyyatın mərhələli açılımının davam etdirilməsi daha məqsədəuyğundur”.

Azxeber.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatı da artıq karantin tədbirlərinin tətbiqini məqsədəuyğun hesab etmir:

“İqtisadi və sosial faktorları nəzərə alsaq, Azərbaycanda da yenidən sərt karantinin tətbiq edilməsi arzuolunan deyil. Əksinə, daha yaxşı olar ki, xidmət və ictimai iaşə sektorunda fəaliyyət miqyası genişlənsin. Payız mövsümünün yaxınlaşdığını nəzərə alsaq, yalnız açıq havada deyil, eyni zamanda, qapalı məkanlarda da fəaliyyətə icazə verilməsi məqsədəuyğundur.

Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində 81,5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var.

Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində iki milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi və onlara nəzarət və əməl edilməsi vacibdir.

Ona görə təklif edirik ki, meyarları hazırlayıb tətbiq etməklə, oktyabrın 1-dən iri ticarət obyektlərində, noyabrın 1-dən isə yeni standartlarla şadlıq saraylarında fəaliyyətə icazə verilsin.

Aydındır ki, bu təklifin reallaşması üçün həm meyarların gözlənilməsinə nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyimizə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.скачать dle 11.3
Mojo.az Banner