Mojo.az Banner
18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Dərsliklərdə koronavirus TƏHLÜKƏSİ

24.09.2020 17:13 1 339
Dərsliklərdə koronavirus TƏHLÜKƏSİ
Dərs vəsaitlərindən koronavirus keçə bilər. Diqqətli olmaq lazımdır.

Bəzi valideynlər övladlarını koronavirusdan qorumaq üçün onların məktəbdə istifadə etdikləri dərs ləvazimatlarını, hətta dəftərlərin və kitabların vərəqlərini dezinfeksiya edirlər. Nəticədə kitablar yararsız vəziyyətə düşürlər. Valideynlərin təlaşı koronavirusun dərs vəsaitləri vasitəsi ilə keçə bilmə ehtimalını gündəmə gətirib.

Yenicag.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov faktı təsdiqləyib.

Ekspert pandemiya şəraitində ilk növbədə uşağın məktəb davranışlarında dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb:

“Dərs vəsaitləri, eləcə də, qələm, dəftər, çanta və digər ləvazimatlardan koronavirus keçə bilər. Buna görə də diqqətli olmaq lazımdır. Bəzi dərs ləvazimatları o cümlədən, məktəb çantasının qulpu və qələmlərin spirtlə dezinfeksiya edilməsi heç də pis olmazdı.

Pandemiya şəraitində ilk növbədə uşağın məktəb davranışında dəyişikliyə ehtiyac var. Bu məsələdə həm müəllimlər, həm də valideynlər diqqətli olmalıdırlar. Ola bilər ki, yoluxma zamanı uşaq xəstələnməsin, lakin valideyndən keçən virusu digər şagirdlərə yaya bilər. Nəticədə həmin uşaqlar vasitəsi ilə virus onların valideynlərini yoluxdurar”.скачать dle 11.3
Mojo.az Banner