Mojo.az Banner
23:02 Zeynəb Xanlarova uzun aradan sonra görüntüləndi – FOTO  |     22:57 Bu həftə sevgidə bəxti gətirən bürclər hansılardır?  |     22:50 Bu kənddə qaz olmayacaq  |     22:45 Əlavə məzuniyyətlər kimlərə verilir?  |     22:38 Polisə tabe olmayıb, canlı açan sürücü həbs edildi  |     22:32 Küveyt İran diplomatlarını ölkədən qovur  |     22:25 Tovuzda iki avtomobil toqquşub, ölən və yaralananlar var  |     22:20 Bakıda bağçanın damında aparılan tikinti uşaqlar üçün təhlükə törədir? - Video  |     22:11 Rövşən Muradov qəfil VƏFAT ETDİ  |     22:07 Cəlilabad sakini dayısı arvadını öldürdü  |     22:02 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     21:56 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     21:52 Bakıda velosiped oğruları tutuldular  |     21:44 213 min manat oğurluq edən dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşdı  |     21:39 Tərtərçayın sağ sahil kanalı yenidən qurulacaq  |     21:34 Vergi borclarının endirimlə ödənilməsi mümkündür? - RƏSMİ AÇIQLAMA  |     21:26 Dəhşətli isti havalar olacaq - Xəbərdarlıq  |     21:21 Naxçıvanda avtobusla maşın toqquşdu - Xəsarət alanlar var  |     21:15 Epşteynin sirli mülkü yenidən araşdırılır (FOTO)  |     21:10 Azərbaycanda 35 minə yaxın uşağa görə birdəfəlik müavinət təyin edildi  |    
Left Banner
Right Banner

Daha bir düşmən təxribatı: Hərbçimiz yaralandı - RƏSMİ

21.09.2020 18:43 2 826
Daha bir düşmən təxribatı: Hərbçimiz yaralandı - RƏSMİ
Ermənistan yeni təxribat planları hazırlayaraq, əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar və cinayətlər işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə, kəskin eskalasiya yaratmaq niyyətindən xəbər verir.

İşğalçı ölkənin silahlı qüvvələrinin təxribat xarakterli hücumları, atəşkəs rejimini pozması və Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçularına qarşı törətdiyi cinayətlər sülh prosesinin üzərindən xətt çəkməklə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də, BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq hörmətsizlik xarakteri daşıyır.

Təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb, nəticədə, əsgər Qurbanov Qurban Azad oğlu sağ çiyin nahiyəsinin kor qəlpə yarası xəsarəti alıb.

Faktla bağlı Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd ) maddəsi ilə cinayət işi başlanıb.

Bundan başqa, öz təcavüzkar niyyətini nümayiş etdirməyə davam edərək, Ermənistan silahlı qüvvələrinin bölmələri 21 sentyabr 2020-ci ildə saat 09 radələrində Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq, mövqelərimizi atəşə tutub, düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.

Faktla bağlı Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcək.скачать dle 11.3
Mojo.az Banner