Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Bibisi oğlunun ölümünə səbəb olan şəxs tutuldu - RƏSMİ

18.09.2020 17:55 1 830
Bibisi oğlunun ölümünə səbəb olan şəxs tutuldu - RƏSMİ
Üç il əvvəl Bakı-Quba magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində şübhəli bilinən şəxs tutulub.

Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.

Bildirilib ki, 2017-ci il mayın 5-də gecə saat 2 radələrində Bakı-Quba magistral yolunun Xızı rayonu Yaşma kəndi ərazisindən keçən yolda naməlum avtomobilin 1952-ci il təvəllüdlü Bakı şəhəri sakini Kərimov Kamil Əhmədağa oğlunu vurub hadisə yerindən qaçması faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kərimov Kamil Əhmədağa oğlunun qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, 19.08.2019-cu il tarixdə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə Həsənov Bəhruz Bayram oğlunun bibisi oğlu Kamil Kərimovla 4 may 2017-ci il tarixdə gecə saatlarına kimi mərhumun qardaşı Feyruz Kərimov tərəfindən təşkil edilmiş Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Yaşma bağlar massivində yerləşən bağ evindəki məclisdə spirtli içkilər qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Kamil Kərimovun baş nahiyəsinə bir litrlik şüşə butulka ilə bir dəfə möhkəm zərbə vurmaqla ona sağlamlığa ağır dərəcəli zərərvurmaya aid olan xəsarət yetirməsindən sonra Bakı-Quba magistral yolunun Xızı rayonu Yaşma kəndi ərazisindən keçən hissəsində düşürməsinə və nəticədə yolun kənarında olan Kamil Kərimovun naməlum avtomobillə vurularaq aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu əsasla 07.09.2020-ci il tarixdə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin məcəllənin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 307.2 (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə), 263.2 və 264-cü maddələrinə tövsif olunmaqla, istintaqın davam etdirilməsi Baş Prokuror tərəfindən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Cinayət işi üzrə məhkəmə-tibbi, məhkəmə-bioloji, təkrar məhkəmə-tibbi, əlavə komisyon məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin olunmuş, o cümlədən müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı zəruri tapşırıqlar verilib.

İstintaq zamanı təqsirləndirilən şəxs Bəhruz Həsənov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi əməli səmimi olaraq etiraf edib, bundan başqa hadisənin şahidi olmuş şəxslər hadisənin baş vermə şəraitini videoçəkilişlə ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti zamanı olduğu kimi göstəriblər.

Bəhruz Həsənov 07.09.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub, 09.09.2020-ci il tarixdə isə ona həmin maddə ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda mərhum Kərimov Kamil Əhmədağa oğlunun meyitinin aşkar olunma şəraiti, o cümlədən hadisənin baş vermə şərait və mexanizmi və digər xüsusatların istintaq yolu ilə hərtərəfli öyrənilməsi məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər