Azərbaycanda dəhşətli hadisə: qardaş bacısını su kanalına atıb öldürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 2011-ci ildən bəri ilk dəfə: Gümüşün qiyməti kəskin bahalaşdı  |     22:57 “TikTok”a yeni funksiya gəlir  |     22:50 Bakıda 7000 manatlı pensiya dələduzluğu  |     22:44 Tramp ölümüylə bağlı şayiələrə reaksiya verdi  |     22:38 Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?  |     22:31 Misirin Baş naziri: İsrail Qəzza ilə bağlı son təklifi qəbul etməlidir  |     22:25 Krımda rusların unikal peyk avadanlığı məhv edildi  |     22:16 Avropada ən ucuz pivə haradadır? - Ekspertlər lider şəhərləri açıqladı  |     22:08 Astarada 10 aylıq körpə hərarətdən öldü  |     22:00 Boksçu Co Baqner vəfat etdi  |     21:55 Bu vətəndaşlar 50% artıq subsidiya alacaqlar  |     21:46 Azərbaycanda qız məzun Hərbi İnstituta qəbul oldu - FOTO  |     21:41 Gözəl bir təbəssüm üçün lazım olan vitaminlər hansılardır?  |     21:33 İsmayıllıda ayılar kənddə göründü - VİDEO  |     21:32 Amerikada təyyarələr havada toqquşdu - Ölən və yaralılar var  |     21:25 Tokayev: "Xəzər dənizi ilə bağlı vəziyyət ekoloji fəlakətə yaxınlaşır"  |     21:15 Husilər İsrailin neft tankerini vurublar  |     21:07 Naxçıvanda çörək sexində nöqsanlar aşkarlandı  |     21:01 Abşeronda narkokuryerlikdə təqsirləndirilən şəxslər həbs olunublar  |     20:56 "Aston Villa" "Mançester Yunayted"in futbolçusunu transfer edib  |    

Azərbaycanda dəhşətli hadisə: qardaş bacısını su kanalına atıb öldürdü

Avqustun 31-də gecə saatlarında Şabran rayon sakini 1987-ci il təvəllüdlü Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Şabran Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib

Araşdırmalarla hadisənin zərərçəkmişin qardaşı, 1990-cı il təvəllüdlü Elşən Abdulov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Leyla Müseyibovanın qəsdən suya atılması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 389 02.09.20 11:44