Toyların keçirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Velosiped sürmək demensiya riskini azaltmağa kömək edə bilər  |     22:56 Yüz yaşlı avtomobili sintetik yanacaqla işlətdilər  |     22:50 Bu institut “Toyota” aldı – 200 minə yaxın pul ödədi  |     22:44 Marketlərdə bu pulların qəbulu DAYANDIRILDI  |     22:38 Ərdoğan və Şahbaz Şərif İsrail-İran gərginliyini müzakirə ediblər  |     22:33 Avtobus zolaqlarının statusu dəyişir? - Tıxaclara təsiri  |     22:26 Kreditlə telefon ala bilmədi, araq içib "İrşad" mağazasını qarət etdi  |     22:19 İcra başçısının qalmaqallı nümayəndəsi həbs edilib (SƏBƏB)  |     22:14 Qorxunc araşdırma: Ətirlər sağlamlığımız üçün zərərli ola bilərmi?  |     22:06 İnsanlar hansı yaşda valideynlərinə oxşamağa başlayır?  |     22:00 Stiv Cobsun xoşbəxtlik və uğur üçün əsas tövsiyəsi - Alimlər onunla razıdır  |     21:55 241 nəfərin öldüyü qəza ilə bağlı iddia: Köməkçi pilot səhvən yanlış qolu qaldırıb?  |     21:48 Vahid pasport sistemi yaradıldı  |     21:40 Maliyyə Nazirliyində yeni təyinat  |     21:35 Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır? - FOTO  |     21:26 Bu məhsullar bahalaşacaq - SİYAHI  |     21:20 Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu  |     21:13 Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər  |     21:05 "Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır  |     20:57 Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı - ANBAAN GÖRÜNTÜLƏR  |    

Toyların keçirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Operativ Qərargahın yeni qərarı ilə Bakı, Sumqayt şəhərləri, Abşeron rayonu istisna olmaqla ölkə ərazisindəki sərt karantin rejiminə son qoyuldu. Lakin bu, o demək deyil ki, virus yoxa çıxıb, yenidən yayıla bilməz, digər rayonlarda alovlana bilməz.

Median.Az
xəbər verir ki, bunu "Azvision"a Milli Məclisin deputatı Musa Quliyev deyib.

"Hesab edirəm ki, koronavirusun geniş şəkildə tətbiq olunan vaksini tapılmayınca pandemiyanın diktə etdiyi şərtlər daxilində yaşamağa davam etməliyik. Bu şərtlər fiziki məsafəyə və təcrid qaydalarına əməl etmək, maska taxmaq, dezinfeksiyaedici vasitələrdən istifadə etmək və məsuliyyətli olmaqdır.

Bütün bu şərtləri yerinə yetirsək koronavirusun bizim üçün o qədər də qorxusu yoxdur. Qapalı məkanlarda mütləq maska taxmalıyıq. Qanunvercilik də bunu tələb edir. Həkimlərimiz də bildirir ki, koronavirusun yoluxma ehtimalı qapalı məkanlarda açıq havadan qat-qat yüksəkdir. Heç kəs bilmir ki, yanındakı şəxs virus daşıyıcısıdır, virusa yoluxub, ya yox. Ona görə istənilən qapalı məkana daxil olan zaman maska taxmaq olduqca zəruridir”, - deyə millət vəkili bildirib.

Toy və yas mərasimlərilə bağlı qadağanın qüvvədə qaldığını bildirən deputat qeyd edib ki, toyların keçirilməsi üçün müəyyən, çox güman ki, yüngül şərtlər olacaq:

"Çünki ömür boyu insanlara toy mərasimini keçirməyə qadağa qoymaq olmaz. Bunlar hamısı diktə edir ki, özümüzü qoruyaq. Mart, aprel, may aylarında insanlar koronavirusun olduğuna inanmırdı. Artıq insanlarda şübhə yoxdur ki, virus var. Amma başqa problem ortaya çıxıb. İnsanlarda məsuliyyət hissi bir o qədər deyil.

Virus nə qədər azalırsa, qonşu, qohumda yoluxan olmayanda, düşünürlər ki, daha virus yoxdur. Ona görə də məsuliyyət hissimizi ayıq saxlamalıyıq və tibbi qaydalara əməl etməliyik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            786 01.09.20 21:42