Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Qubada əri tərəfindən döyülən qadın atası evinə qaçıb polisə şikayət etdi, kişi isə...

28.08.2020 18:45 1 653
Qubada əri tərəfindən döyülən qadın atası evinə qaçıb polisə şikayət etdi, kişi isə...
Qubada intihar etmək istəyən kişini polis xilas edib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, 27 avqust 2020-ci ildə, gecə saat 23:15 radələrində rayon sakini Gülanə Mütəllibova Quba Rayon Polis Şöbəsinə müraciət edərək, əri Turab Mütəllibov tərəfindən döyülməsi və valideynlərinə məxsus evə qaçması barədə məlumat verib.

Daxil olmuş məlumatla əlaqədar əməliyyat qrupu dərhal hadisənin baş verdiyi ünvana yollanıb. Ünvana çatan zaman isə həmin evin heç bir işığının yanmaması və qapının bağlı olması polis əməkdaşlarında şübhə yaradıb.

Əməkdaşlar həmin həyətə hasardan baxan zaman isə Turab Mütəllibovun yaşayış evinin qapı çərçivəsindən özünü asaraq intihara cəhd etməsini aşkarlayıblar və hasardan keçərək, onun bu cəhdinin qarşısını vaxtında alıblar.

T.Mütəllibova hadisə yerində ilkin tibbi yardım göstərilib daha sonra isə o, təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil verilib. Hazırda onun vəziyyəti yaxşıdır.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər