Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda karantin vaxtı toy mərasimi təşkil etmək istəyənlər tutuldu

21.07.2020 16:56 1 777
Azərbaycanda karantin vaxtı toy mərasimi təşkil etmək istəyənlər tutuldu
Qusarda toy mərasimi təşkil etmək istəyən şəxslər saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinə rayonun Köhnə Xudat kəndi ərazisində yerləşən Aslan Hacıağayeva məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində toy mərasimin keçirilməsi barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin əməkdaşları adıçəkilən ünvana gələrək, toy mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq, polis bölməsinə gətiriliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq, karantin rejiminin qaydaları izah olunub və saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.скачать dle 11.3

Son xəbərlər