Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda iki avtomobil toqquşdu: Üç nəfər yaralandı

25.08.2020 13:00 2 015
Bakıda iki avtomobil toqquşdu: Üç nəfər yaralandı
Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa-Zabrat yolunda qeydə alınan qəza nəticəsində 1999-cu il təvəllüdlü Həsənov Murad İlqar oğlu, 1964-cü il təvəllüdlü Həsənov Arif Feyruz oğlu və 1990-ci il təvəllüdlü Musayev Cavid Camal oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər