Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Şimşək, yağış, sel, külək, dənizdə dalğanın hündürlüyü beş metr – FAKTİKİ HAVA

22.08.2020 20:12 1 731
Şimşək, yağış, sel, külək, dənizdə dalğanın hündürlüyü beş metr – FAKTİKİ HAVA
Azərbaycanda hazırda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən, avqustun 22-si saat 19:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Zaqatala, Qrız, Sarıbaş (Qax), Kişçay (Şəki), Ağstafa, Balakən, Tovuz, Şəmkir, Yevlax, Dağkəsəmən (Qazax), Şərur, Göygöl, Xınalıq, Ceyrançöldə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Balakən, Zaqatala ərazisinə yağan güclü yağış nəticəsində Balakənçay, Talaçaydan və Zaqatala məntəqəsindən sel keçib.

Şimal-qərb küləyi arabir Neftçalada 28 m/s, Ağstafa, Salyan, Naxçıvan, Zaqatalada 18 m/s, Mingəçevir, Şəmkirdə 16 m/s olub.

Bakıda və Abşeron yarımadasında da küləkli hava müşahidə edilib.

Küləyin gücü Bakıda 31 m/s, Çilov adasında 26 m/s, Pirallahıda 25 m/s, Maştağa, Sumqayıtda 24 m/s, Ələt, Neft Daşlarında 22 m/s, Binədə 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5 metrə çatıb.скачать dle 11.3
Mojo.az Banner