21:28 Yeni piyada keçidinin inşası davam etdirilir - Video  |     21:23 Alpinistlər qar uçqunu altında qaldılar - Meyitləri axtarılır  |     21:16 Gəncədə iki avtomobil toqquşdu  |     21:10 "Çelsi"dən Bakı paylaşımı - Video  |     21:02 Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola düşüb  |     20:57 Bu gün Super Ay hadisəsi müşahidə olunur  |     20:50 Azərbaycanda ov qaydalarını pozan əcnəbilər saxlanılıb  |     20:44 AQTA: Son günlər şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlanıb  |     20:39 Zərdabda adları "Qırmızı kitab"a düşən quşları ovlayan ata və oğul saxlanılıb  |     20:25 Azərbaycanda meyit donordan ürək köçürülən şəxsin son durumu açıqlanıb  |     20:19 İrəvan metrosunda elektrik enerjisi təchizatında problem yaranıb  |     20:11 Ordubadda çörək sexinin fəaliyyəti dayandırılıb  |     20:06 Ermənistan İstintaq Komitəsi dövlət çevrilişi işi üzrə sübutlar əldə edib  |     19:59 Sabah hava yağışlı olacaq - PROQNOZ  |     19:54 Nazir: Gələn il imtiyazlı şəxslərin mənzillə təminatına 50 milyon manat xərclənəcək  |     19:45 Tacikistanda baş verən zəlzələ Özbəkistanda da hiss olunub  |     19:40 2019-24-cü illərdə narkotiklərlə mübarizədə 47 min 863 fakt aşkar edilib  |     19:33 Gələn il "Qaçqınkom"a subsidiya ayrılmayacaq  |     19:27 "Qarabağ"ın U-19 komandasının məşqçisi: "Azərbaycanda futbolçu qıtlığı xüsusilə aşağı yaş qruplarında özünü göstərir"  |     19:21 Türkiyə aviaşirkəti bu ölkəyə uçuşu ləğv etdi  |    

Şimşək, leysan, sel - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib.

Düşən yağıntının miqdarı Ağdərədə (Ordubad) 22 mm, Astarada 16 mm, Salyanda 10 mm, Lerikdə 8 mm, Beyləqanda 6 mm, Biləsuvarda 5 mm, Qubada 4 mm, Daşkəsən, Göygöl, Balakən, Qrız, Xınalıqda 3 mm, Gədəbəy, Ağdam, Qəbələ, Qusar, Neftçala, Yardımlı, Lənkəran, Ağsuda 2 mm, Sumqayıt, Bakı, Maştağa, Pirallahı, Naftalan, Şəmkir, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Yevlax, Göyçay, İmişli, Sabirabad, Cəfərxan, Qazıməmməd, Kişçay (Şəki), Şabran, Nabran, Şahdağda 1 mm olub. Yağan leysan xarakterli yağış nəticəsində avqustun 3-də Talaçay Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi gün ərzində arabir Neftçalada 26 m/s, Naftalanda 23 m/s, Bakı, Qum adasında 28 m/s, Maştağada 25 m/s, Çilov adasında 23 m/s, Ələt, Pirallahıda 20 m/s, Sumqayıt, Binədə 19 m/s, Neft Daşlarında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27, Aran rayonlarında 29-31, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 31-34 dərəcə isti olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 184 04.08.20 13:31