Mojo.az Banner
21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |     20:53 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?  |     20:48 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi  |     20:40 Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var  |     20:35 Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələndi  |     20:22 Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alındı  |     20:14 Paltarını yumadığı üçün arvadını baltaladı - Qadın şikayətçi olmadı  |     20:09 Şəhid atası vəfat etdi  |     20:02 Velosiped qəzalarında 9 nəfər ölüb  |     19:56 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     19:51 İran uranın zənginləşdirilməsindən imtina etməyəcək  |     19:43 Dərsə getməyən şagirdlərin valideynlərinin nəzərinə: Cərimə oluna bilərsiniz (VİDEO)  |     19:37 Xaçmazda mağaza yandı - VİDEO  |     19:30 ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını açıqladı  |     19:24 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO  |     19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |     19:10 Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)  |     19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |     18:54 Dünyəvi təhsil və vahid məktəbli forması: Ortaq qaydalar nə üçün əhəmiyyətlidir?  |     18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabahın havası: Leysan, dolu, külək

21.08.2020 16:34 2 339
Sabahın havası: Leysan, dolu, külək
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-28, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 13-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 22-də Abşeron yarımadasında güclü şimal-qərb küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.скачать dle 11.3
Mojo.az Banner