Mojo.az Banner
13:00 Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI  |     12:58 Arzu Əliyeva Şəki səfərindən paylaşım edib - FOTO  |     12:47 Bakıda YARIM MİLYONLUQ dələduzluq: Elxan Abbasov vətəndaşları necə aldadıb? - FOTO  |     12:44 Abituriyentlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti BİTİR  |     12:39 Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxslər SAXLANILDILAR  |     12:37 Azərbaycan nefti iki dollardan çox bahalaşıb  |     12:36 Azərbaycanda analarının soyadını götürən uşaqların sayı AÇIQLANDI  |     12:34 "PUBG"yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ  |     12:33 Diyetoloqların mətbəx sirri: Zeytun yağı niyə əvəzolunmazdır?  |     12:30 Kirayə mənzillərin qiymətində ARTIM GÖZLƏNİLİR?  |     12:25 Günəş sistemində həyatın yaranması üçün potensial yerlər müəyyən edilib  |     12:20 Türkiyəli məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTO  |     12:18 FIFA builki mundialda yenilik tətbiq etməyi planlaşdırır  |     12:17 "YouTube"da yeni süni intellekt funksiyası tətbiq edilib  |     12:16 Niyə yeni dil öyrənmək çətindir? - Mütəxəssisdən əsas səbəblərin izahı  |     12:11 Məşhur ticarət mərkəzi BAĞLANIR? - Video  |     12:08 Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi  |     12:01 Kürdəmirdə fərdi yaşayış evində YANĞIN - Ölən var  |     11:49 Mikayıl Cabbarov özəl sektora dövlət dəstəyindən DANIŞDI  |     11:35 "Brent" markalı neft bahalaşmaqda davam edir  |    
Left Banner
Right Banner

Rayonlarda leysan olacaq, dolu düşəcək

29.06.2019 15:51 3 390
Rayonlarda leysan olacaq, dolu düşəcək
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23, gündüz 24-27 dərəcə isti təşkil edəcək. Bakıda gecə 20-22, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərinə gəldikdə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 18-23, gündüz 29-34 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti təşkil edəcək.скачать dle 11.3
Mojo.az Banner