Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkəyə gələnlərin iki həftəlik izolyasiyaya cəlb olunmasına ehtiyac yoxdur

18.08.2020 12:16 1 558
Ölkəyə gələnlərin iki həftəlik izolyasiyaya cəlb olunmasına ehtiyac yoxdur
“COVID-19” pandemiyası zamanı Azərbaycandan yerinə yetirilən reyslərin sərnişinlərindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditasiya olunmuş laboratoriyalarda icbari qaydada testdən keçmək tələb olunur. Həmçinin digər ölkələrdən Azərbaycana uçuş zamanı koronavirus testinin mənfi nəticəsini təsdiq edən arayış təqdim etmək lazımdır (yalnız “PCR”-testlər qəbul olunur).

Rəsmi məlumata görə, koronavirus testinin keçirilməsini təsdiq edən arayış reysin uçuşundan ən gec 48 saat əvvəl alınmalıdır. Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılır. Buna görə də, icbari testdən keçməyən və uçuş hava limanında arayış təqdim etməyən sərnişinlər reysə buraxılmır. Eyni zamanda, COVID-19 əlamətləri olan və ya analizin cavabı müsbət olan sərnişinlər aerovağzal kompleksinin binasına buraxılmır və reysə qəbul edilmir.

Eyni zamanda, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən “Memorial Sağlık Grubu” klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.

Bununla yanaşı, İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan, yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində "PCR"-testininin keçirilməsi barədə arayış təqdim edə bilər. Bütün hallarda testin nəticəsi reysdən əvvəl 48 saat ərzində alınmalıdır.

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev “Report”a bildirib ki, ölkəyə gələn vətəndaşların uçuşdan ən geci 48 saat əvvəl test verməsi vacibdir:

“Düşünürəm ki, ölkəmizə gələn vətəndaşlar hava limanında yenidən test verməlidirlər. Bu, həmin vətəndaşların virusa yoluxub-yoluxmamalarını dəqiqləşdirmək üçün vacib amillərdən biridir. Çünki vətəndaşlar ölkəmizə səfər etməzdən əvvəl olduqları ölkədə test verdikdən sonra COVID-19-a yoluxa bilərlər. Kimsə bundan sığortalanmayıb. Ona görə də Azərbaycana gələn şəxsin ölkəmizin hava limanında verdiyi testin nəticəsi neqativ çıxarsa, bu zaman onun iki həftəlik izolyasiyaya cəlb olunmasına ehtiyac yoxdur. Bununla yanaşı hava limanında verilən testin nəticələri çıxanadək həmin şəxslər izolyasiya olunmalıdırlar.

Təbii ki, burada testlərin nəticələrinin etibarlılığı çox vacibdir, daha doğrusu tətbiq edilən və cavabı qısa müddətə çıxan testlərin nəticələrinin elmi olaraq doğruluq faizinə baxılmalıdır. Əgər bunlar çox aşağıdırsa, doğruluq faizi yüksək olan testlərdən istifadə vacibdir və hava limanında verilən testin nəticələri çıxanadək həmin şəxslər karantinə alınmalıdırlar”.скачать dle 11.3
Mojo.az Banner